AFFA-nın baş katibi: “Heç bir məşqçiyə təklif göndərilməyib”

Premyer Liqanın 20-ci turunun "Turan Tovuz" - "Səbail"(3:1) matçını stadiondan canlı izləyən AFFA-nın baş katibi Sərxan Hacıyev matçdan sonra jurnalistlərə müsahibə verib.

Bizim.Media həmin müsahibəni təqdim edir:

- "Turan Tovuz" - "Səbail" matçına gəlməyinizin xüsusi səbəbi var?

- Xüsusi səbəb yoxdur. Bu mövsüm ikinci dəfədir "Turan Tovuz"un oyununa gəlirik. Bu matç turun əsas oyunlarından biri idi. Qərara gəldik ki, Tovuza səfər edək.

- "Turan Tovuz" bu mövsüm hakimlikdən narazıdır. Oyundan əvvəl klub rəhbərliyi ilə bu mövzuda söhbətiniz olub?

- Hər zaman oyunlarla bağlı müzakirələr aparılır. "Turan Tovuz"un "Kəpəz"lə matçından sonra hakimlik müzakirə olunmuşdu. Əlbəttə ki, klub rəhbərliyi ilə də danışırıq. Həmin matçdan sonra Ehtiram Quliyevlə müzakirəmiz olmuşdu. Bu gün də söhbət etdik. Hakim səhvləri bizi məyus edir. Çalışmalıyıq ki, gələcəkdə belə halların qarşısı alınsın. Aidiyyəti qurumlar bu yöndə iş görürlər.

- Bu mövsüm ümumi olaraq hakimlikdən narazılıq çoxdur. Siz özünüz razısız?

- Ümumi danışsaq, VAR sistemi bir çox hallarda özünü doğruldur. Lakin bəzi hallarda qərarlar düzgün verilmir. Əlbəttə ki, bu, bizi məyus edir. Aidiyyəti komitə ilə bu yöndə işlər aparırıq ki, gələcəkdə səhvlərin sayı az olsun.

- Gəncə Futbol Akademiyasının açılışı gözlənilirdi. Lakin son anda səfər təxirə salındı. Bu məsələ nə yerdədir?

- Məlum olduğu kimi AFFA İcraiyyə Komitəsinin baza ilə tanışlığı gözlənilirdi. Həmçinin Gəncədə İcraiyyə Komitəsinin iclası planlaşdırılırdı. Məlum olan səbəblə bağlı səfər təxirə salındı. Belə nəzərdə tutulub ki, fevral ayının ilk günlərində səfər baş tutsun. Lakin hazırda səfərin dəqiq tarixi bəlli deyil.

- Milli komandanın yeni baş məşqçisi postuna namizədlər kimlərdir? O siyahıda yerli mütəxəssislər var?

- AFFA tərəfindən rəsmi olaraq heç bir mütəxəssisə təklif göndərilməyib. Bəzi məşqçilər özləri açıqlama veriblər ki, mənimlə danışıblar. Rəsmi olaraq bildirmək istəyirəm ki, nə yerli, nə də xarici mütəxəssislə danışıq aparılmayıb. Bununla bağlı İşçi Qrupu mövcuddur, tərkibi bəllidir. Hazırda İşçi Qrupunda konkret namizədlər səsləndirilməyib. Ümumi olaraq baş məşqçinin hansı kriteriyalar əsasında əsasında seçiləcəyi ilə bağlı müzakirələr gedir.

- İşçi Qrupuna təqdimat olub?

- Xeyr, konkret ad müzakirə olunmur.

- İşçi Qrupunun tərkibinin dəyişməsi gündəmdədir?

- Hazırda yoxdur.

- Danışılmış oyunlarla bağlı müxtəlif qrupların adı çəkilir. Siz də açıqlama vermişdiz ki, bununla bağlı araşdırma gedir. Araşdırmalar ictimaiyyətə açıqlanmadı. Nəticəsi necə oldu?

- Təsdiqləyə bilərəm ki, dekabr ayında bu məsələ ilə bağlı açıqlama vermişdim. Hətta onu təsdiq edirəm ki, müəyyən açıq araşdırmalar var. Sırf bu mövsümə aid məsələlərdir. Həmin araşdırmalar tək AFFA tərəfindən aparılmır. Aidiyyəti qurumlarla birlikdə aparılır. Hazırda məqsədə uyğun olmadığı üçün açıqlamırıq. Gələcəkdə açıqlanacaq.

- Premyer Liqa klubları da var?

- Xeyr. Aşağı liqa klubları ilə bağlıdır.

- AFFA-nın prezident seçkiləri nə vaxt baş tutacaq?

- Konfransın dəqiq tarixi İcraiyyə Komitəsinin növbəti iclasında təyin olunacaq. İK-nin Gəncədə keçirilməli olan iclası növbəti günlərdə keçiriləcək. Həmin iclasda konfransın tarixi bilinəcək.

- Namizədlər var?

- Xeyr, yoxdur.

- Aşağı yaş qrupları millilərinin baş məşqçi postları boşdur. Həmin postlara namizədlər var?

- İcraiyyə Komitəsinin iclası keçirilmədiyinə görə müvəqqəti olaraq daxili əmrlə müəyyən yaş qruplarında eyni tərkibdə məşqçilərin müqaviləsi iki aylıq uzadılsın. Bu məsələyə növbəti iclasda yenidən baxılacaq.

- Son günlər KİV-də növbəti mövsüm Premyer Liqada klubların sayının artacağı ilə bağlı söhbətlər dolaşılır..

- Artması hazırda müzakirə mövzusu deyil. İdman prinsipləri qorunacaq. Sonuncu yeri tutan çempionatı tərk edəcək. Bu məsələ İcraiyyə Komitəsinin səlahiyyətindədi.

- Legioner limiti ilə bağlı suallar var...

- Hazırda bununla bağlı konkret olaraq təklif gəlməyib. Lakin bu elə məsələdir ki, öncə Klublar Komitəsində müzakirə olunmalıdır.

- Növbəti mövsümdə klublara ayrılan maliyyə vəsaitində artım olacaq?

- Xeyr.

- Vergi Məcəlləsində edilən dəyişiklik, vergilərin 5 faizdən 20-dək artırılması klubların büdcəsinə çox pis təsir edir. Bu yöndə hansısa dotasiya olunacaq?

- Bəli, verginin artması klublara təsir edir. Ancaq bu AFFA-nın səlahiyyətində olan bir şey deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

End of content

No more pages to load

RADİO