Ayxan Abbasov: "Klub olaraq düzgünlük istəyirik"

“Mühüm qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm. Bu gün komandaya yaxşı dəstək oldular”. 

Bizim.Media xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 20-ci turunda “Səbail”ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. 

O, komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Ötən tur ağır hava şəraitində Qəbələdə mübarizə aparmışdıq. Futbolçulara ikiqat yük düşmüşdü. Lakin yorğun olsaq da, futbolçularımın xarakteri ilk dəqiqələrdən göstərdi ki, bu oyunun mahiyyətini başa düşmüşük. İstədiyimiz hücumlar oldu. İlk dəqiqələrdən oyuna nəzarət bizdə idi. Rəqibin boşluqlarından düzgün istifadə edirdik.

Qolumuzu da vurduq. Bəlkə fasiləyə qədər ikinci dəfə də fərqlənmək olardı. Rəqib ikinci hissəyə dəyişikliklərlə başladı. Bundan sonra bir qədər ehtiyatlı oynadıq. Futbolçular uduzmaqdan qorxurdular. Ötən tur yaşananlar komandaya psixoloji cəhətdən mənfi təsir etmişdi. Komandama inanıram. Özümüzə gəlmək üçün belə oyunlar vacibdir. İlk 2 dövrədə “Səbail”ə uduzmuşduq.

Amma bu gün 3 xal qazanan tərəf olduq. Çempionat davam edir. Turnir cədvəlində aşağıdan uzaqlaşırıq, yuxarıya yaxınlaşırıq. Hədəf dəyişmir - hər oyuna qalib gəlmək, xal qazanmaq üçün çıxırıq”. 

A.Abbasov komandasının inkişafı üçün zamana ehtiyac olduğunu vurğulayıb: “İstədiyim komandanı görmək üçün vaxt lazımdır. Desək ki, 1 ay, 3 ay, bu, yalan olar. Məşqçilər, rəhbərlik aramızda müzakirə aparırıq. Əvvəlki “Turan Tovuz”la indiki komanda arasında fərq var, həm oyun, həm də futbolçuların bir-birini başa düşməsi baxımından”. 

O məşqçinin uzun müddət eyni yerdə işləməsinin klub üçün faydasını belə izah edib: “Haşiyə çıxım, Antalyada Özbəkistan klubu ilə oynayırdıq. Çox maraqlı rəqib idi. Futbolçular bir-birlərini əla başa düşürdülər. Bu, özümüzə də maraqlı gəldi. Hətta “Sumqayıt”ın baş məşqçisi də orda idi.

Onunla da diskusiyamız oldu və eyni məqamı qeyd etdi ki, rəqib futbolçular bir-birilərini çox gözəl anlayırlar. Maraqlandım, məlum oldu ki, baş məşqçi 12 ildir həmin klubda çalışır. Yəni vaxt futbolda çox mühüm amildir. Məşqçi komandada uzun müddət çalışırsa, aparıcı futbolçularını qorumaqla heyəti gücləndirirsə, ildən ilə hər şey yaxşıya doğru gedəcək”. 

Bugünkü matçda komandasının motivasiyasının yüksək olmasının səbəbini A.Abbasov belə izah edib:

“Futbolçularıma əvvəldən demişdim, bu mövsüm hər iki oyunda “Səbail”ə uduzmuşuq. Ötən il isə evdə hər iki matç heç-heçə bitmişdi. Həmişə futbolçularıma demişəm ki, hər rəqibdən mövsüm ərzində xal almalıyıq. Bu, bizə inam gətirəcək. Həm də bu gün təkcə statistika deyil, ümumi durum motivasiya edirdi komandanı. Azarkeşlərimizi sevindirmək istəyirdik”.

“Turan Tovuz”un çalışdırıcısı ötən mövsümlə müqayisədə bu il komandasının standart vəziyyətlərdən çox faydalı olması fikri ilə tam razılaşmayıb:

“Nəzərə alaq ki, bu gün ikinci qolda hər şey künc zərbəsindən sonra başladı. Ümumilikdə isə Ayxan Quseynov künc zərbəsindən ötürmələri istədiyimiz kimi etmirdi. Həm də standart vəziyyətdən hər oyun istədiyin kimi yararla bilmərsən. Çünki istər-istəməz rəqib təhlil edir, sənin güclü tərəflərinin qarşısını almağa çalışır. Rəqib 3 mərkəz müdafiəçisi ilə matça başladı və üçü də hündür boy idi”. 

“Bu dəfə hakimləri məğlub edə bildiniz?” sualını mütəxəssis belə cavablandırıb:

“Bu gün çətin oyun idi. Hakim işinin öhdəsindən gəldi. Mübarizə meydanda çox idi. Yaxşı olanda həmişə yaxşı demişəm. Klub olaraq düzgünlük istəyirik. Əsas odur ki, hakim matçın nəticəsinə təsir etməsin. VAR hansısa epizoda təsir etməyəndə, bu, bizi düşünməyə vadar edir ki, niyə belə oldu? AFFA rəhbərliyi külli miqdarda pul xərcləyib, VAR sistemini gətirib. Maraqlı çempionat gedir.

Bu gün bəzi ölkələrdə heç VAR yoxdur. Üstəlik, bizim çempionatın çəkilişi də yaxşıdır. Yəni istədiyimiz odur ki, hakimlər də diqqətli olsunlar. Eyni epizodda 2 fərqli qərar qəbul edilməsin”. 
A.Abbasov AFFA-nın baş katibi Sərxan Hacıyevin bugünkü matçı izləmək üçün Tovuza gəlməsini müsbət addım adlandırıb: “Alqışalayiq addımdır ki, AFFA rəhbərliyi gəlir, jurnalistlər gəlir. Bütün bunlar lazımdır. Bakıdan kənara çıxmalıyıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

“WhatsApp”a yeni funksiya gəldi

“WhatsApp”a yeni funksiya gəldi

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Aysel Teymurzadənin övladlarının FOTOSU

Aysel Teymurzadənin övladlarının FOTOSU

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Gələcəkdə sərvət və uğura aparan doğum tarixləri

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Ukrayna və Türkiyə olmasa, Avropa Rusiyadan zəif olar

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

Prezident Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

İran və ABŞ nümayəndə heyətləri İslamabada ÇATDILAR

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Şahbaz Şərif Kir Starmerlə DANIŞDI: Nələr müzakirə edildi?

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

End of content

No more pages to load

RADİO