Husilərin hücumları Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyətini NECƏ ARTIRIB?

Qırmızı dənizdən tranzit kimi keçən beynəlxalq ticarət gəmilərinə husilərin hücumları Azərbaycan vasitəsilə (Orta Dəhliz) dəmir yolu üzrə konteyner daşımalarını artıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Yunanıstanın "Hellenic Shipping News" internet nəşrində yer alıb.

Mənbə yazır ki, bir sıra iri beynəlxalq yük və gəmiçilik şirkətləri husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumları səbəbindən marşrutlarını dəyişmək məcburiyyətində qalıblar.

Alternativ olaraq, onlar Afrikanın cənubundakı Ümid burnu vasitəsilə daha uzun dəniz yolu ilə yük daşımağa məcbur olurlar. Bu da əlavə qiymət artımlarına və yüklərin çatdırılma müddətinin uzadılmasına səbəb olur.

Qırmızı dəniz ticarət yolu ilə bağlı risklər hətta ABŞ və Britaniya qüvvələrinin Yəmənə bir sıra hava zərbələri endirməsindən sonra da azalmayıb.

Qırmızı dənizdə mövcud vəziyyətlə əlaqədar neftin Afrika və Avropa bazarlarına tankerlərlə çatdırılmasında problemlər yaranıb. Keyfiyyətinə görə Azərbaycan neftinə oxşar olan Liviya və Nigeriya neftinin Avropa bazarlarına tədarükünün gecikməsi səbəbindən neft emalı zavodları Azeri Light növünə tələbatı artırıb. 

Bu da öz növbəsində “Azeri Light” və “Brent” arasındakı qiymət fərqini 6 dollara çatdırıb.

Nəşr qeyd edir ki, son 12 ayda Asiya ölkələrindən Avropaya ixrac edilən bütün malların 1,8 faizi Qırmızı dəniz marşrutu boyunca daşınıb. Lakin bu rəqəm 2022-ci ildə olduğundan xeyli aşağı düşüb. Çünki Moskvaya qarşı sanksiyalar Orta Dəhliz vasitəsilə nəqliyyatın artmasına səbəb olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Rüfətin bu görüntüsü MÜZAKİRƏ YARATDI - FOTO

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Elşad Miri: “Qadın səsi haramdırsa, kişi səsi də haramdır”

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Qusarın Əcəxuroba kəndinin problemləri DİNLƏNİLDİ - FOTO

Millimiz Montoneqroya qalib gəldi

Millimiz Montoneqroya qalib gəldi

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Qazaxıstanda Süni İntellekt Nazirliyi YARADILDI

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

Canlı yayımda uşağına zorakılıq edən qadın TUTULDU

Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI

Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI

Millimizdən gedən Santuşa Yunanıstandan TƏKLİF

Millimizdən gedən Santuşa Yunanıstandan TƏKLİF

“Kim dərsini bilməsə, alacaq iki…” – Qiymət uşaqların psixologiyasına necə TƏSİR edir?

“Kim dərsini bilməsə, alacaq iki…” – Qiymət uşaqların psixologiyasına necə TƏSİR edir?

Rusiyanın sərhəd gəmisi Bakıya GƏLİR

Rusiyanın sərhəd gəmisi Bakıya GƏLİR

Aşıq Zülfiyyə borca düşdü: “Maşınımı satdım, kredit götürdüm” - VİDEO

Aşıq Zülfiyyə borca düşdü: “Maşınımı satdım, kredit götürdüm” - VİDEO

Fransada kütləvi etirazlar DAVAM EDİR: 1 milyondan çox insan küçələrdə - FOTO/VİDEO

Fransada kütləvi etirazlar DAVAM EDİR: 1 milyondan çox insan küçələrdə - FOTO/VİDEO

Tramp ABŞ qoşunlarını Əfqanıstana qaytarmaq istəyir

Tramp ABŞ qoşunlarını Əfqanıstana qaytarmaq istəyir

Azərbaycan Aİ ilə nəqliyyat sahələrində maliyyələşdirmə sazişini müzakirə etdi - FOTO

Azərbaycan Aİ ilə nəqliyyat sahələrində maliyyələşdirmə sazişini müzakirə etdi - FOTO

AMEA-nın həyətində zəncirvari qəza - FOTO

AMEA-nın həyətində zəncirvari qəza - FOTO

Ən sevdiyiniz mahnı hansıdır? – Bakı sakinlərindən maraqlı cavablar - VİDEO

Ən sevdiyiniz mahnı hansıdır? – Bakı sakinlərindən maraqlı cavablar - VİDEO

Birinci Liqa: “Səbail” və “Şəfa” qalib gəldi, “Şahdağ Qusar” UDUZDU

Birinci Liqa: “Səbail” və “Şəfa” qalib gəldi, “Şahdağ Qusar” UDUZDU

Qədim Ədilovun məhkəməsində QALMAQAL

Qədim Ədilovun məhkəməsində QALMAQAL

Estoniya gələn ildən Rusiya qazından İMTİNA EDƏCƏK

Estoniya gələn ildən Rusiya qazından İMTİNA EDƏCƏK

Jalə Əhmədova və Könül Nurullayeva tutduqları vəzifədən İSTEFA VERDİLƏR

Jalə Əhmədova və Könül Nurullayeva tutduqları vəzifədən İSTEFA VERDİLƏR

"Çelsi"də YENİ MÜQAVİLƏ

"Çelsi"də YENİ MÜQAVİLƏ

İki bürc BU TARİXƏDƏK çoxdan gözlədikləri xəbəri alacaq

İki bürc BU TARİXƏDƏK çoxdan gözlədikləri xəbəri alacaq

End of content

No more pages to load

RADİO