Fazil Mustafanın vurulma əmrini verdiyini etiraf etdi - FOTO

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham aktı elan edilib.

Bu iş üzrə 5 nəfər - Azər Səricanov, Emin Əliyarov, Rəşad Əhmədov, Elşad Əsgərov, Səbuhi Şirinov müttəhim kürsüsündə əyləşib. 
İttihamda deyilir ki, təqsirləndirilən şəxslər əlbir olaraq zərərçəkmiş Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd (terror aktı) cinayətinin törədilməsini təşkil edib, həmçinin odlu silahdan istifadə etməklə, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlaşıblar. 

Belə ki, A.Səricanov 2019-cu ilin oktyabr ayının 3-dən 30-dək İranın Rey şəhərində səfərində olub. O, Reydə təqsirləndirilən Rəşad Əhmədov və “Hüseyniyyun” qrupunun digər üzvləri ilə görüşündə, eləcə də bundan sonrakı danışıqları zamanı dini fanatizm zəminində millət vəkili Fazil Mustafanın xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə ona qarşı sui-qəsd  (terror aktı) törədilməsi planlaşdırılıb.


Plana görə, sui-qəsddən sonra Azər Səricanovun İranda daimi yaşayış və digər təminatları təmin edilməli imiş. 

Əflatun Şükürov və qeyriləri ilə qabaqcadan əldə edilmiş razılığa əsasən A.Səricanov Fazil Mustafanın həyatına sui-qəsdin törədilməsi üçün sosial şəbəkələr vasitəsi ilə və onun gündəlik hərəkət marşrutunu və yaşayış yerini araşdıraraq məlumat toplayıb, 2022-ci ilin sentyabr ayında tanışı Səbuhi Şirinova cinayəti icra etməsini təklif edib.

Səricanov sui-qəsddən sonra S.Şirinova yüksək məbləğdə pul verəcəyini söz verib. S.Şirinov danışıqdan sonra deputatın həyatına sui-qəsd cinayətini icra edəcəyinə dair razılıq verib.

Bundan sonra A.Səricanov sui-qəsd üçün Bakıda əvvəllər məhkum edilmiş bir nəfərdən zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı atəşə yararlı odlu yivli avtomat silahı və tapança  alıb.

O, avtomat silahı və komplekt hissəsi olan 1 ədəd daraq və 30 ədəd patronu öz yaşadığı ünvanda Səbuhi Şirinova verib. İttihamda qeyd edilir ki, S.Şirinov sui-qəsdin törədilməsi üçün tanışı  Elçad Əsgərovu da pul müqabilində əlbirliyə cəlb edib.

Təqsirləndirilən Rəşad Əhmədov Fazil Mustafaya qarşı sui-qəsd etmək müqabilində 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib, əsas təşkilatçı Azər Sarıcanova verib. 


Sui-qəsddən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. 

Hadisə günü Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. 

Deputat maşından düşən vaxt  Səbuhi Şirinov ona 7 dəfə atəş açıb, hadisə yerindən qaçıb. 

Terror aktından sonra Azər Sarıcanov ona verilən 30 min dolları şəhərin müxtəlif istiqamətlərində manatla dəyişib. Həmin  puldan 15 min manatı deputatı vuran Səbuhi Şirinova verib. 

İttiham aktında o da qeyd edilir ki, deputata qarşı terror aktından sonra dəstə üzvləri Azərbaycanda müxtəlif adreslərdə olan hərbi təyinatlı obyektləri barədə məlumatlar toplayıb, İranda tanış olduğları xüsusi xidmət orqanları əməkdaşlarına ötürüblər.

Təqsirləndirilən şəxslər ittihama münasibətdə özlərini qismən təqsirli biliblər. Prosesin davamında sui-qəsdin əsas təşkilatçısı olduğu iddia edilən Azər Səricanov sərbəst ifadə verib. 

Səricanov ittiham aktında yazılanlardan bəzi hissələrlə razı olmayıb, lakin  Fazil Mustafanın odlu silahla vurulmasına göstəriş verdiyini təsdiqləyib. Müttəhimin dediyinə görə, deputatın dinlə bağlı səsləndirdiyi fikirlərdən və sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu cəzalandırmaq qərarına gəlib:

“İnsanın dini etiqad azadlığı var. Dövlət xadimi olmur, lap kim olursa olsun, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura gününü qeyd edənlər haqqında “hürürlər, mələşirlər” demək nə deməkdir? 2019-cu ildən bu adamın dedikləri, yazdıqları məni narahat edirdi. 2020-ci ildə Qarabağ müharibəsində şəhidlərlə bağlı səsləndiyini fikirlər isə lap ağ oldu. Dəfələrlə Fazil Mustafanın dini fikirlərilə bağlı müvafiq qurumlara şikayət etmişəm. Sonradan  “Facebook”da onun özünə və oğluna da yazdıq, yenə xeyri olmadı. Bütün bunlardan sonra bu qərara gəldim”.


Müttəhimin ifadəsinin davamında deyib ki, sui-qəsd planı qurduqdan sonra İrana gedib, millət vəkilini cəzalandıracaq şəxsin sığına bilməsi üçün yer axtarıb:

“Bilirdim ki, başqa ölkələr həmin adamı tutub Azərbaycana təhvil verərlər. Buna görə də İranda axtarmağa başladım. Amma oradan istədiyim formada cavab ala bilmədim. Bakıya qayıdandan sonra Fazil Mustafa ilə bağlı özüm araşdırma apardım. Evinin yerini, hərəkət marşrutunu öyrəndim, sonra isə məclislərin birində cinayəti icra edən Səbuhi Şirinovla tanış oldum. Söhbətimiz əsnasında öyrəndim ki, Səbuhi xüsusi təyinatlılarda MAXE olub. O dəqiqə bildim ki, mənə lazım olan adam budur”.

Səricanov S.Şirinovu cinayət törətməyə necə cəlb etməsindən də danışıb:

“Mən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idim. Səbuhiyə də məhsul verməyə başladım. Onunla Fazil Mustafa haqqında danışanda dedi ki, hamı zəncir çeynəyir onun əlindən. Yavaş-yavaş münasibətimiz yarandı, sui-qəsd planının müzakirəsi başladı”.

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək deyil, cəzalandırmaq olub. Buna görə də əvvəldən danışıblar ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın:

“Onun çiyninə dəyən güllə başına dəyə bilərdi. Məqsəd onu öldürmək yox, cəzalandırmaq idi.  Deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, və bu məqsədlə Rəşad Əhmədov vasitəsilə mənə 30 min dollar verilməsi haqda ittihamda yazılanlar isə həqiqət deyil”.

Proses fevralın 16-da A.Səricanovun tərəflərin suallarını cavablandırması ilə davam edəcək.

Qeyd edək ki, terror aktında ittiham edilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs ediliblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

İran dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan ÖVLADLIĞA götürülübmüş - SENSASİON DETALLAR/ ÖZƏL

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

İranda vurulan ABŞ-ın “F-35” qırıcısının pilotunu sağ tapanlara mükafat VERİLƏCƏK – VİDEO

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

ABŞ müdafiə büdcəsini rekord həddə çatdıracaq

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

Prezident Azərbaycanın səfirlik və nümayəndəlikləri haqqında əsasnamələri TƏSDİQLƏDİ

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötdü – VİDEO

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

“Sənət” adı ilə VANDALİZM – Nizami Kino Mərkəzinə qarşı hörmətsizlik və valideyn məsuliyyətinin ÖNƏMİ

Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Azərbaycan bu ölkələr arasında İLK ONLUQDADIR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Qadınların 3 ildə aşkarladığı minaların sayı...

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

Təxribatın törədilmə üsullarına süni intellekt də daxil edildi

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

SEPAH: “ABŞ pilotları əsir götürülüb” – VİDEO

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycanda kommunal xidmətlərdə vahid abonent bazası yaradılır

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Azərbaycan və Hindistan nümayəndələri görüşüb - FOTO

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Bu əməli törədənlər 14 ilədək HƏBS OLUNACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Azərbaycanda alınan sürücülük vəsiqələri bu ölkədə də TANINACAQ

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

Pensiyaya çıxmağa hazırlaşanların NƏZƏRİNƏ!

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Sabahdan yağış başlayır – Xəbərdarlıq

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər?

İran müharibəyə son qoymaq üçün ŞƏRTİNİ AÇIQLADI

İran müharibəyə son qoymaq üçün ŞƏRTİNİ AÇIQLADI

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

390 min manatlıq dələduzluq: Keçmiş başçının imzası saxtalaşdırılıb

End of content

No more pages to load

RADİO