ABŞ İraqın şiə yarımhərbiləşdirilmiş “Kətaib Hizbullah” təşkilatının liderlərinə qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın “Fly Baghdad” aviaşirkəti də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun havadarlarına yardım etdiyinə görə sanksiyalara məruz qalıb.
Qeyd edilib ki, Kataib Hizbullah 2003-cü ildə ABŞ-ın İraqı işğalından sonra yaradılan İraq şiə paramilitar təşkilatıdır. Livanın “Hizbullah” hərbi-siyasi təşkilatı modeli əsasında fəaliyyət göstərir. Bilavasitə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sepah-e-Qods xüsusi təyinatlılarına tabedir.
Bizim.Media