Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8941 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1153549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414230 təşkil edir.
Bizim.Media