“Neftçi” qış fasiləsində növbəti transferi gerçəkləşdirib.
Bizim.Media xəbər verir ki, paytaxt klubu Brayan Moreno ilə 1,5 illik müqavilə imzalayıb.
Kolumbiyalı hücumçu Bolqarıstanın ÇSKA (Sofiya) klubundan transfer olunub. O, “Neftçi”də 88 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl Alfa Konte ilə müqavilə bağlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media