"İstanbulspor" baş məşqçisi Hakan Yakınla yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, H.Yakın ötən ilin oktyabrından Superliqa təmsilçisini çalışdırırdı. Komanda ölkə çempionatında 7 xalla sonuncu-20-ci pillədə qərarlaşıb.
Bizim.Media