Hücum xəttini gücləndirmək istəyən “Zirə” “Qarabağ”ın legionerini transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, söhbət albaniyalı hücumçu Redon Cicadan gedir.
Qəsəbə təmsilçisi Cicanı ən azı mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Bununla bağlı Ağdam klubu ilə danışıqlar davam etdirilir.
Qeyd edək ki, “Qarabağ”a bu mövsümün əvvəlində transfer edilən Cicaya keçmiş klubu “Tirana” da maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media