İran da münaqişəyə DAXİL OLDU – Yaxın Şərq böyük savaşın ASTANASINDA

Yaxın Şərqdə gərginlik günü-gündən daha da artır. Artıq kənar qüvvələr də müəyyən məqamlarda hərbi müstəvidə bir-birilə toqquşur. ABŞ və Böyük Britaniyanın Qırmızı dəniz sahillərində husilərin obyektlərinə zərbələr endirməsinin ardınca, yanvarın 16-da İrana bağlı SEPAH da Vaşinqtonun İraqın Ərbil şəhərindəki konsulluğuna raket zərbəsi endirib.
İranın intiqamı 

Yanvarın 16-sına keçən gecə Amerikanın Harir aviabazası və İraqdakı Ərbil beynəlxalq hava limanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) kamikadze PUA-ları, həmçinin Fateh-110 ballistik raketlərinin hədəfinə tuş gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Şərqdə GÜNƏŞ BATIR... – İran tökülən qanın intiqamını KİMDƏN ALACAQ?


ABŞ-ın Ərbildəki konsulluğu ballistik raket zərbəsindən sonra demək olar ki, tamamilə dağılıb. Məlumata görə, konsulluğa bir neçə pilotsuz təyyarə də zərbə endirib. 

İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, zərbələr Kermanda general Qasım Süleymaninin ölümünün ildönümü münasibətilə keçirilən mərasim zamanı şəhər qəbiristanlığına edilən terror hücumuna cavabdır. Daha sonra məlumat verilib ki, SEPAH raketlərinin hədəfi sırasında Amerika bazası, ABŞ Konsulluğu ilə yanaşı yerli kürd təhlükəsizlik qərargahı və Mossad ilə əlaqəli yerli iş adamının şəxsi iqamətgahı da olub.

Yaranmış vəziyyətdə proses Yaxın Şərqdə münaqişənin miqyasının böyüməsi, prosesə yeni-yeni qüvvələrin cəlb edilməsinə gətirib çıxarmayacaq ki?

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, mövcud durumda Yaxın Şərqdə münaqişənin böyüməsi ehtimalı daha ciddi xarakter almağa başlayır:

“Yaxın Şərq qan çanağını xatırladır. Dünya güclərinin Yaxın Şərq üzərindən geopolitik oyunları təəssüf ki, bölgədə vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Artıq son 5 ildə ABŞ, Rusiya, İran və Çinin geopolitik manevr və gedişləri nəticəsində bütün dünya coğrafiyasının ilk növbədə də sözügedən bölgənin ciddi təlatümlərlə üz-üzə qaldığının şahidi oluruq. Bundan ziyan çəkən isə Yaxın Şərqin əhalisi və iqtisadiyyatıdır. 

Böyük iqtisadi dividendlər gətirməyə qadir Yaxın Şərq regionunda savaş səsləri, təəssüf ki, bir an belə susmur. Nəticədə müəyyən imperalist güc və bəzi siyasi dairələr həmin bölgədən hələ ki, öz “paylarını” almaqda davam edirlər. Bütün baş verən toqquşmalara da həmin kontekstdə yanaşmaq lazımdır. ABŞ-ın İraqdakı konsulluğuna İran tərəfindən təşkil edilən hücumu Ağ Ev həzm etməyəcək. ABŞ elə ağılsız dövlət deyil ki, İran tərəfindən təşkil edilən hücuma görə çox qısa müddətdə cavab versin. 

Vaşinqton bu hücuma daha dağıdıcı cavab verməyi düşünür. Ümumiyyətlə, bu günə qədər baş verən hadisələr göstərir ki, İran və ABŞ-ın hərbi potensialı müqayisə edilə bilməz.

Onların bir-birinin hərbi bazalarına təşkil etdikləri hücumlar da heç zaman bərabər səviyyədə olmayıb. 

ABŞ birmənalı olaraq, İranın bu həmləsinə cavab verməklə daha dağıdıcı və ciddi addım atacaq. Yaxın Şərqdə münaqişənin böyümə ehtimalı ciddidir. Bir yerdə aktiv hərbi gərginlik, bir coğrafiyada üçüncü tərəflərin hərbi mövcudluğu varsa, həmin bölgədə uzun müddətli sabitlikdən söhbət gedə bilməz”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

"10 yaşımda metronun qabağında qələm satırdım"

"10 yaşımda metronun qabağında qələm satırdım"

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

Pensiyalar yenə artacaq?

Pensiyalar yenə artacaq?

İran artıq qələbəsini elan edə bilər

İran artıq qələbəsini elan edə bilər

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

"Qızım mənə "ana" demir"

"Qızım mənə "ana" demir"

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Liftdə köməksiz qalan qadın belə xilas edildi – VİDEO

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

Bakıda torpaq qiymətləri harada daha ucuzdur? – AÇIQLAMA

End of content

No more pages to load

RADİO