“Qırmızı dənizdə gərginlik hazırda yüksək səviyyədədir və vəziyyətin tezliklə nəzarətdən çıxması ehtimalı var”.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
O qeyd edib ki, Qırmızı dənizdə vəziyyəti tezliklə cilovlamaq mümkün olmayacaq: “Bu, İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb ola bilər ki, bu da regional sabitliyə əhəmiyyətli təsir göstərəcək”.
Bizim.Media