Rusiyanın uzaq şərqində yerləşən Buryatiyanın Kurumkanski rayonunda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İrkutsk vilayəti üzrə İdarəsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 20:52-də, Baykal gölünün sularında Saxuli kəndindən 58 kilometr aralıda qeydə alınıb.
Rusiyanın İrkutsk vilayətində də 3 bala qədər intensivlikdə yeraltı təkanlar hiss edilib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media