İcmadan Miyatoviçə: "Vətənimizə qayıtmaq mübarizəmizdən vaz keçməyəcəyik"

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin ötən il oktyabrın 16-23-də Ermənistana və Azərbaycana səfəri ilə bağlı hesabat hazırlanıb. Bir sıra ciddi nöqsanlara yol verilmiş hesabatla bağlı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu ünvanlayıb.

Qərbi Azərbaycan İcmasından Bizim.Media-ya daxil olan məktubda deyilir: 

“Əvvəla Azərbaycana səfərinizə və 2023-cü il oktyabrın 23-də Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz səmimi münasibətə görə Sizə təşəkkür edirik. Sizin ruhlandırıcı sözləriniz, xüsusilə də “heç vaxt vaz keçməyin” tövsiyəniz bizim icmamızda dərin təsir buraxmışdı.

Bununla belə, biz Sizin son hesabatınızın müstəsna olaraq bir etnik qrupa aid məsələni - özü də təhrif olunmuş şəkildə əhatə etməsini, bizim məsələmizə isə orada qəsdən yer ayrılmamasını dərin təəssüf və məyusluq hissi ilə qeyd edirik.
Ermənistandan didərgin salınmış yüz minlərlə azərbaycanlıya, onların acınacaqlı vəziyyətinə, davam edən mübarizəsinə və onlarla keçirdiyiniz mühüm görüşünüzə istinad etməməyiniz nəinki məyusedicidir, həm də ədalət və qərəzsizlik prinsiplərinə ziddir. Bu nöqsan, sadəcə, bir diqqətsizlik deyil, qərəzliliyə, etnik və dini ayrı-seçkiliyə dair klassik nümunədir.

Xatırlatmaq yerinə düşər ki, biz Sizin regiona səfərinizə dair Avropa Şurasının (AŞ) 2023-cü il oktyabrın 26-da verdiyi və bizim məsələmizə istinad edilmədiyi press-relizindən dərhal sonra – oktyabrın 27-də Sizə məktub göndərərək narahatlığımızı bildirmişdik. Göründüyü kimi, bizə qarşı qərəzli münasibət davamlı xarakter daşıyır.

Sizin hesabatınız Ermənistanı yalnız ümumi şəkildə geri qayıtmaq hüququna hörmət etməyə çağırır. Lakin kimin geri qayıtmaq hüququndan söhbət getdiyini göstərmir. Biz geri qayıtmaq hüququ ilə bağlı bu ümumi çağırışı dəyərləndirsək də, bu çağırışın kontekstinin qeyri-müəyyənliyi onun dəyərini və təsirini azaldır.

Azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz həvəsləndirici və dəstəkləyici tonla hesabatınızda işimizə baxılması arasındakı kəskin ziddiyyət bizi dərindən məyus və narahat edir.

Bu, insan haqları və ədalətin qalası kimi dayanmalı olan AŞ İnsan Hüquqları Komissarı ofisinin, əslində, çox düzgün olaraq “Ermənistan+” adlandırılan anti-Azərbaycan dairələrin əlində alət olduğunu söyləməyə əsas verir.
Azərbaycanlı qaçqınların dərdini ört-basdır etmək onların qarşısında naxələflik olmaqla bərabər, Avropa Şurasına olan-qalan etimadı və onun missiyasını sarsıdır. Bu, Sizin mötəbər ofisinizin öz işində rəhbər tutmalı olduğu ədalət və qərəzsizlik prinsiplərinə xəyanətdir.

Yekun olaraq bildirmək istərdik ki, bizə “heç vaxt vaz keçməməyi” tövsiyə etsəniz də, Siz ən azı bu halda öz prinsiplərinizə etinasız yanaşmaqla məhz bunu etdiniz.

Buna baxmayaraq, biz haqq-ədalət və Vətənimizə qayıtmaq hüququ uğrunda mübarizəmizdən heç vaxt vaz keçməyəcəyik. Məhz bu qətiyyətlə biz Sizdən öz vəzifələrinizi yerinə yetirməyi və uzun müddətdir ki, məlum bədnam dairələr tərəfindən susdurulmağa çalışılan haqq işimizi hesabatınızda əks etdirmək üçün ona yenidən baxmağı tələb edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnfarkt infeksiyalarla əlaqəli ola bilər - ARAŞDIRMA

İnfarkt infeksiyalarla əlaqəli ola bilər - ARAŞDIRMA

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

Arayikgilin məhkəməsində azərbaycanlılara qarşı cinayətlərlə bağlı sənədlər tədqiq edildi - FOTO

Arayikgilin məhkəməsində azərbaycanlılara qarşı cinayətlərlə bağlı sənədlər tədqiq edildi - FOTO

"Panatinaikos" Ruy Vitoriyanı İSTEFAYA GÖNDƏRDİ

"Panatinaikos" Ruy Vitoriyanı İSTEFAYA GÖNDƏRDİ

"Deyirdilər ki, konsert verməkdənsə, üzünü düzəltdir" - VİDEO

"Deyirdilər ki, konsert verməkdənsə, üzünü düzəltdir" - VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başladı

Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başladı

ADNSU-da Bilik Günü QEYD EDİLDİ - FOTO

ADNSU-da Bilik Günü QEYD EDİLDİ - FOTO

Rus dronlarının Polşa səmasında görünməsi İsveçin hərbi xərclərini ARTIRDI

Rus dronlarının Polşa səmasında görünməsi İsveçin hərbi xərclərini ARTIRDI

Misli Premyer Liqasında 6 oyunun hakimləri AÇIQLANDI

Misli Premyer Liqasında 6 oyunun hakimləri AÇIQLANDI

Əməkdar artistin qızı birinci sinfə BAŞLADI - FOTO

Əməkdar artistin qızı birinci sinfə BAŞLADI - FOTO

Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ - FOTO

Ərdoğan Azərbaycanı TƏBRİK ETDİ - FOTO

Türkiyədə saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

Türkiyədə saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

Hacı Murad Yengizarovun nəşi sabah vətənə GƏTİRİLƏCƏK

Hacı Murad Yengizarovun nəşi sabah vətənə GƏTİRİLƏCƏK

"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya GÖNDƏRİLDİ

"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya GÖNDƏRİLDİ

Qusar Rayon İcra Hakimiyyətində YENİ TƏYİNAT - FOTO

Qusar Rayon İcra Hakimiyyətində YENİ TƏYİNAT - FOTO

Culfa-Ordubad yolunda maşın aşdı - Sürücü köməksiz qaldı

Culfa-Ordubad yolunda maşın aşdı - Sürücü köməksiz qaldı

Bu həftə inanılmaz dərəcədə şanslı olacaq BÜRCLƏR

Bu həftə inanılmaz dərəcədə şanslı olacaq BÜRCLƏR

“İsrailə qarşı sərt sanksiyalar tətbiq olunmasa, Fələstinin tanınması nəticə verməyəcək” - Ərdoğan

“İsrailə qarşı sərt sanksiyalar tətbiq olunmasa, Fələstinin tanınması nəticə verməyəcək” - Ərdoğan

Əli Əsədov Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü ilə görüşdü - FOTO

Əli Əsədov Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü ilə görüşdü - FOTO

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan DANIŞDI

“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan DANIŞDI

"Sonsuz qardaşlıq - IV" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO/VİDEO

"Sonsuz qardaşlıq - IV" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO/VİDEO

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT/VİDEO

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT/VİDEO

Hüseynin hədiyyəsi xanımını kövrəltdi - Video

Hüseynin hədiyyəsi xanımını kövrəltdi - Video

End of content

No more pages to load

RADİO