İranın Qərbi Azərbaycan əyalətinin azərbaycanlıların yaşadığı Qaraqışlaq kəndində sənaye müəssisəsinin inşasına etiraz edən soydaşlarımıza qarşı odlu silahdan istifadə edilib.
Bizim.Media xəbər verir ki, sözügedən məsələyə dair görüntülər bir çox sosial şəbəkə hesabında yayılıb.
Fotolarda müxtəlif yaş qruplarına aid kənd sakinlərinin odlu və travmatik silahlardan açılan atəş nəticəsində yaralandığı görünür.
Bizim.Media