"Qalatasaray" Saşa Boyu "Bavariya"ya satmağa hazırdır.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə nəhəngi fransalı üçün qarşı tərəfdən 25 milyon avro istəyib. "Qalatasaray" futbolçunun icarəyə verilməsi variantı ilə razı olmayıb.
Qeyd edək ki, Saşa 2021-ci ilin iyulundan "Qalatasaray"ın futbolçusudur. Onun klubla müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Cari mövsümdə fransalı komandasının heyətində 29 matçda iştirak edib və 2 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media