AFFA milli komanda üçün baş məşqçi axtarışlarını davam etdirir. Hər nə qədər federasiya rəsmən təsdiq etməsə də müxtəlif məşqçilərlə təmas yaradılıraq, təkliflər göndərilib.
Bizim.Media xəbər verir ki, son olaraq Ukraynanın məşhur mütəxəssislərindən biri olan Oleq Bloxin AFFA-dan təklif alıb. Bu barədə “Dinamo” Kiyev klubunun saytı məlumat yayıb.
Ancaq Bloxin millimizdə çalışmaqdan imtina edib.
Qeyd edək ki, bir müddət öncə digər ukraynalı Andrey Şevçenko da millimizdə işləməkdən imtina etmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media