Kriptovalyuta bazarında YENİ DALĞA – “Bitcoin” daha da BAHALAŞACAQ?

“Son həftə ərzində “bitcoin” 7 faiz dəyər qazanaraq 47.900 dollara qədər yüksəldi. Buna təsir edən əsas fundamental faktorlar “spot Bitcoin ETF”-lərin təsdiq gözləntiləri, cari ilin may ayında baş verəcək “bitcoin halvinq” hadisəsi və dollar indeksinin (DXY) zəifləməsi oldu”.

Bu fikri Bizim.Media-ya açıqlayan kriptovalyuta bazarı üzrə mütəxəssis Elnur Quliyev yanvarın 11-də ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası tərəfindən (SEC) ilk dəfə “Spot Bitcoin ETF”-nin təsdiq edildiyini diqqətə çatdırdı.

Onun sözlərinə görə, bu təsdiq “Bitcoin” tarixində əlamətdar hadisələrdən biri hesab edilir:

“Deməli, korporativ investorlar bundan sonra birbaşa “Bitcoin” almadan, dolayı yolla onun qiymətinin dəyişməsi ilə qazanmaq imkanı əldə edəcəklər. ETF üçün müraciət etmiş “Grayscale”, “BlackRock”, “Valkyrie”, “Bitwise”, “Hashdex”, “ARK 21Shares”, “Invesco Galaxy”, “Fidelity”, “Franklin Templeton”, “VanEck” və “Wisdom Tree” şirkətlərinin təklifləri bir anda təsdiqləndi. Yeni investisiya məhsullarının ticarətinə Nyu-York Fond Birjasında (NYSE), Nasdaq və “Chicago Board Options Exchange”də (CBOE) icazə verilir”.

Bəs nəyə görə “Spot bitcoin ETF” diqqət mərkəzindədir?

Müsahibimiz bunun səbəbini dünyanın əksər böyük ölkələrində kriptovalyutalara hələ də hüquqi statusun verilməməsi ilə əlaqələndirdi:

“Yəni kriptovalyutalar qanuni investisiya aləti deyil. Büdcəsinin müəyyən hissəsini rəqəmsal aktivlərə yatırıb pul qazanmaq istəyən şirkətlər və pərakəndə investorlar bunu sadəcə olaraq qeyri-qanuni olduğu üçün edə bilmirlər. “Spot bitcoin ETF” “Bitcoin”in qiymətini izləyən və onu spot bazarda satın alan birja ticarəti fondudur. Bu fond investora birbaşa Bitkoin almadan belə, yəni dolayı yolla onun qiymətinin dəyişməsində qazanmaq imkanı verir.

İnvestorlar kriptovalyuta birjaları və elektron pul cüzdanları ilə məşğul olmaq əvəzinə adi broker hesabları vasitəsilə Nasdaq, NYSE kimi beynəlxalaq birjalarda “Bitcoin ETF” səhmlərini ala bilər. Bu da rəqəmsal valyutaya sahib olmaq və saxlamaqla bağlı risklər və mürəkkəbliklərdən narahat olmadan “Bitkoin”ə investisiya qoymağa üstünlük verən ənənəvi investorlar üçün daha əlverişli və əlçatan maliyyə alətidir”.

Onun sözlərinə görə, indiki halda “Spot Bitcoin ETF”nin təsdiqi kriptovalyuta sektoruna müsbət təsir göstərəcək:

“Böyük gözləntilər var ki, kriptovalyuta bazarına iri investisiya fondları tərəfindən kapital axını olacaq ki, bu da kriptovalyutaların dəyərinin qalxmasına birbaşa təsir edəcək. Ola bilsin ki, qısamüddətli mövqedə qiymətlərdə müəyyən korreksiya müşahidə etdik, amma üzünmüddətli mövqedə rəqəmsal aktivlərin qiymətlərinin yüksəlməsini müşahidə edəcəyik”.

Müsahibimiz, sonda “Ethereum “kriptovalyutasının da 8% dəyər qazandığını diqqətə çatdırıblar:

“Bununla da 2600 dollara qədər yüksəlməyi bacardı. Hesab edirəm ki, yaxın gələcəkdə “spot ethereum ETF”-nin təsdiqini müşahidə edəcəyik. Bu, kriptovalyutanın sürətlə dəyər qazanmasına şərait yaradacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

End of content

No more pages to load

RADİO