“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşmaq üzrədir.
Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Ə.İsmayılovun sözlərinə görə, hazırda media subyektlərinin təklifləri müzakirə olunur. O qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda aidiyyəti orqanlara təqdim ediləcək:
“Daha sonra isə layihə ətrafında cəmiyyətdə müzakirələr keçiriləcək”.
Bizim.Media