Dünya Etnospor Konfederasiyasının IV Forumu aprelin 10-da Bakıda keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun prezidenti Bilal Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən "Etnospor və Türk Dünyasında Ənənəvi Türk İdman Növlərinin Gələcəyi" adlı konfransda deyib.
B. Ərdoğan toplantıya 50 - 60 ölkədən 200-dən çox şəxsin qatılacağını da əlavə edib.
Bizim.Media