Qırğızıstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 10-da Tacikistana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tacikistanın XİN başçısı Sirojiddin Muhriddinin dəvəti ilə baş tutacaq səfərdə regional və beynəlxalq gündəlikdəki vacib məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Ankara ilə Düşənbə arasında əlaqələrin inkişafı müzakirə olunacaq.
Bizim.Media