Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib.
Bizim.Media xəbər verir ki, AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev 62 yaşında qəfil ürəktutmadan dünyasını dəyişib.
Məlumata görə, müəllim onlayn dərsə hazırlaşarkən telefon əlində həyatını itirib. S.Səbzəliyev doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.
Bizim.Media
