Azərbaycan və Ermənistan sülhə nail olmalıdır.
Bizim.Media xəbər verir ki, bunu Roma Papası Fransisk Vatikanda akkreditə olunmuş diplomatlara müraciət edərkən bildirib.
Pontifik həmçinin Ukraynadakı münaqişəni danışıqlar yolu ilə dayandırmağa çağırıb.
"Milyonlarla insana zərər vuran bu münaqişənin uzanmasına icazə vermək olmaz. Biz danışıqlar və beynəlxalq hüquqa hörmət yolu ilə bu faciəyə son qoymalıyıq", - deyə o vurğulayıb.
Xatırladaq ki, Roma Papası Milad mesajında Azərbaycan və Ermənistan arasında sülh mövzusuna da toxunmuşdu.
Bizim.Media