Tatarıstanda valideynlər körpənin ölümünə səbəb olublar.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, valideynlər övladları ilə oynayarkən onu havaya atıb-tutmaq istəyiblər.
Tibbi ekpertiza zamanı məlum olub ki, 4 aylıq oğlan uşağı onurğa sütununda qan sızmasından dünyasını dəyişib.
Qanaxmanın dəqiq səbəbi histoloji və situasiya müayinəsindən sonra məlum olacaq.
Bizim.Media