“Real” klubunun baş məşqçisi Karlo Ançelotti türkiyəli yarımmüdafiəçi Arda Gülərin “Arandina”ya qarşı Kral Kuboku matçında “merengeslər”in heyətində keçirdiyi debütü şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
“Arda Gülər yavaş-yavaş tempi artıracaq, ancaq elə ilk oyununda o artıq öz səviyyəsini nümayiş etdirə bildi. Vacib olan onun geri qayıtmasıdır. Mənə inanın, Arda Gülər çox gözəl insandır. Bu isə “Real Madrid” üçün mühüm məsələdir” – deyə o, qeyd edib.
Xatırladaq ki, “Real” klubu “Arandina”ya 3:1 hesabı ilə qalib gəlib. Arda Gülər start heyətində oyuna daxil olub və matçın 59-cu dəqiqəsində Federiko Valverde ilə əvəzlənib.
Bizim.Media