Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah"ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibinə aydınlıq gəlib.
Klubdan Bizim.Media-ya verilən məlumata görə, Bakı təmsilçisi ilk matçında Rumıniya "Rapid"i (Buxarest) ilə qarşılaşacaq.
Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da), "Mardan" İdman Kompleksinin ehtiyat meydançasında baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media