“Gəncə” Voleybol Klubu daha bir oyunçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, rusiyalı voleybolçu Anna Dmitrieva ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Dmitreva cari mövsümün əvvəlində Rusiyanın “Peterburq-Qaz” klubundan transfer olunmuşdu.
Qeyd edək ki, “Gəncə” daha əvvəl digər rusiyalı voleybolçu – Anna Balberova ilə vidalaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media