Dünya Bankından Orta dəhlizlə bağlı Azərbaycan, Gürcüstan və Qazaxıstana TƏKLİF  

Dünya Bankı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun) səmərəliliyini artırmaq üçün Azərbaycan, Qazaxıstan və Gürcüstana bütün nəqliyyat şəbəkəsi üzrə yüklərin izlənilməsi imkanının təminini tövsiyə edir. 

Bizim.Media Dünya Bankının hesabatına istinadən xəbər verir ki, bunun üçün həm dəmir yolu, həm də Xəzər dənizi ilə daşımaları əhatə edən vahid elektron sənəd dövriyyəsinə keçid təmin edilməlidir. 

“Logistik qovşaqların yaradılması hesabına yüklərin konsolidasiyası, dəmir yolu nəqliyyatına keçidə yardım göstərmək və Şərqlə Qərb arasında yük axınlarının balansını yaxşılaşdırmaq məqsədəuyğun olardı. Bundan başqa, yekun nəqliyyat tariflərinin şəffaflığını və proqnozlaşdırıla bilənliyini təmin etmək lazımdır”, - hesabatda qeyd edilib. 
Dünya Bankı Azərbaycan və Qazaxıstana dəniz limanında yüklərin daşınma müddətini azaltmağı, Bakı-Aktau və əks istiqamətdə marşrutlar üzrə konteynerlərin həcmlərini artırmağı, konteynerlər üçün yük və liman tariflərini aşağı salmağı tövsiyə edir. Bundan əlavə, Azərbaycan yüklərin gəmilərdən sahilə daşınmasının səmərəliliyini artırmalı, Qazaxıstan isə limanların bağlanması parametrlərini nəzərdən keçirməli və bütün bazar iştirakçıları üçün ayrı-seçkilik olmadan liman xidmətlərinə çıxışı təmin etməlidir. Dünya Bankı Gürcüstan üçün isə liman-dəmir yolu/avtomobil daşımalarının səmərəliliyinin artırılmasını, naviqasiya kanalının vəziyyətinin yaxşılaşdırılmasını və konteynerlər üçün liman tariflərinin azaldılmasını təklif edir (hazırda bütün Qara dəniz regionunda ən yüksək tarifdir). 

Dəmir yolları və sərhəd-keçid məntəqələrinə gəlincə, bankın analitikləri təklif edirlər ki, Qazaxıstan vaqonların sayını təmin etsin, manevr əməliyyatlarının səmərəliliyini artırsın, Azərbaycan və Gürcüstan isə əsasən keçid məntəqələrində vaqonların sayını artırmalıdırlar. Söhbət xüsusən Gürcüstan və Azərbaycan arasında sərhəd-keçid məntəqələrində “dəmir yolu-dəniz limanı” daşıma mərhələsində səmərəliliyin artırılmasından gedir. 

“Bu addımlar məhdud investisiya nəticəsində də əhəmiyyətli nəticələr verə bilər. Bunlar prioritet, dərhal diqqət tələb olunduğu məsələ kimi nəzərdən keçirilə bilər”, - Dünya Bankı hesab edir. 

Bank 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə üç dəfə artacağını və yüklərin daşıma müddətini iki dəfə azalacağını proqnozlaşdırır:

“İnvestisiya və əməliyyat təkmilləşdirmələrinin düzgün kombinasiyası vasitəsilə bu dəhliz transkontinental ticarətin iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə bilər. Bundan başqa, bu layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə, Avropaya və dünyanın digər regionlarına etibarlı marşrut təmin etməklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialını inkişaf etdirəcək”. 

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

End of content

No more pages to load

RADİO