Keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtma sürəti artacaq

Azərbaycanın Qarabağ regionunda Ermənistanın işğalı illərində yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən dövlət proqramının icrasına başlamazdan əvvəl Qarabağdan qovulmuş sakinlər arasında sorğu keçirilib və respondentlərin 85 faizdən çoxu geri qayıtmaq arzusunda olduğunu bildirib: 

“Qarabağ iqtisadi regionundan olan 750 mindən çox məcburi köçkün rəsmi olaraq yaşayış yerlərini müvəqqəti tərk etmiş insanlar adlanır. İndi söhbət onların Qarabağdakı daimi yaşayış yerlərinə qayıtmasını təmin etməkdən gedir. “Böyük Qayıdış” dövlət proqramının icrasına başlamazdan əvvəl bu insanlar arasında sorğular aparılıb və sorğuda iştirak edənlərin 85 faizdən çoxu geri qayıtmaq istədiklərini bildiriblər. Geri qayıtmaq arzusunu təkcə oradakı həyatlarını, oradan necə qovulduğunu xatırlayanlar deyil, həm də gənc nəsil, yəni o zaman etnik təmizləməyə məruz qalanların övladları, nəvələri də ifadə edib”.

E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli saziş imzalanandan bəri geri qayıdan keçmiş məcburi köçkünlərin sayı 5 min nəfər təşkil edib, 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır:

“Təxminən 10 min kvadratkilometr ərazi həm piyada, həm də tank əleyhinə minalarla çirkləndirilib, üstəlik partlamamış mərmilər də nəzərə alınmalıdır. Aydındır ki, insanları ora köçürməzdən əvvəl bu ərazi minalardan təmizlənməli idi. Sonra əsas infrastruktur yaradılmalı idi - evlər, xəstəxanalar, məktəblər və s. Ona görə də infrastruktur artıq yaradıldığı üçün məcburi köçkünlərin öz evlərinə qayıtma sürəti, əlbəttə ki, artacaq - 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Bakının bu ərazisində QƏZA səbəbindən sıxlıq var

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Vanna otağınız hərtərəfli təmizlikdən sonra belə çirkli görünür? - MARAQLI SƏBƏB

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Qusarda güclü SEL - Fermerlərin əkin sahələri məhv olub – FOTO/VİDEO

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Zelenski Ermənistana səfər edəcək

Zelenski Ermənistana səfər edəcək

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Ağstafada evdə YANĞIN – VİDEO

Ağstafada evdə YANĞIN – VİDEO

Bu çay yarım saata insanı YATIZDIRIR

Bu çay yarım saata insanı YATIZDIRIR

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

Diplomatlar Şuşada - VİDEO

Diplomatlar Şuşada - VİDEO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

TikTok"da tələbələr üçün yeni funksiya

TikTok"da tələbələr üçün yeni funksiya

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

End of content

No more pages to load

RADİO