Koronavirusdan müalicə alan türkiyəli aktyor Muharrem Erdemir vefat edib.
Bizim.Media xəbər verir ki, bu barədə aktyorun qızı Eda Erdemir sosial media hesabında məlumat verib.
"Atamı gecə itirdik. Müdaxilələrə baxmayaraq, onu xilas edə bilmədilər. Acımız çox ağırdır. Sivasda dəfn olunacaq”,- deyə aktyorun qızı bildirib.
Qeyd edək ki, məşhur aktyor "Arka sokaklar", "Kertenkele", "Akasya durağı" və "Ihlamurlar altında" kimi seriallarda rol alıb.
Bizim.Media