İndiki reallıqda İlham Əliyevin yenidən seçilməsi mövcud vəziyyətin tələbidir - EKSPERT 

"II Qarabağ müharibəsindən və 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun uğurla başa çatdırdığı antiterror tədbirlərindən sonra regionda vəziyyət tamamilə yeni forma alıb, yeni geosiyasi reallıqlar yaranıb. Həmçinin, ölkə daxilində idarəetmənin müxtəlif forması yeni yanaşmalar, fərqli idarəçilik modeli tələb edir. Bundan əlavə, 2024-cü ildə bir sıra ölkələrdə də prezident seçkiləri keçiriləcək ki, bu da ümumi vəziyyətə təsir edə bilər. Bütün bunlar Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini labüd edirdi". 

Bizim.Media xəbər verir ki, bu fikirləri “XQ”yə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli dedi. 

Ekspert bildirdi ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan dünyanın diqqət mərkəzindədir. Müəyyən mərkəzlərdə ölkəmizlə bağlı xoş olmayan vəziyyət nümayiş olunur. Lakin Azərbaycan hökuməti, onun Lideri İlham Əliyev siyasi gedişləri nəticəsində bütün təhdidləri, neqativ planları pozur. Seçkinin önə çəkilməsi də bir növ xoş olmayan təzyiqlərə sipərdir.  
“Növbədənkənar prezident seçkiləri qeyri-müəyyənlikləri aradan qaldırmaqla, ölkəmizin daxili və xarici siyasətinə öz müsbət töhfələrini verəcək. Seçkilərin ardınca müxtəlif sahədə davam edən islahatlar daha da dərinləşdiriləcək, genişləndiriləcək”, - deyə fəlsəfə doktoru qeyd etdi.  

M.Məmmədli hesab edir ki, İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi onun haqqıdır və bu da ümumi inkişafımıza təsir edəcək:

“Təkcə onu xatırlatmaq yerinə düşər ki, İlham Əliyev 44 gün ərzində 30 illik işğala son qoymaqla nəinki ölkəmizdə, regionda və hətta dünyada reallığı dəyişə bildi. Təkcə bu, kifayət edir ki, Azərbaycan seçicisi hazırkı Liderini dəstəkləsin. Şübhəsiz ki, bu, belə də olacaq. Nəzərə almaq lazımdır ki, ərazi bütövlüyümüzün təmini məsələnin bitmiş sayılması hesab olunmur. Dünyada və eləcə də regionumuzda gedən mürəkkəb geosiyasi vəziyyətin fonunda suverenliyimizi qoruyub saxlaya biləcək tək Lider elə dərin siyasi biliyə malik olan cənab Prezident İlham Əliyevdir”.  

Mətin Məmmədli Prezident İlham Əliyevə alternativ kimisə görmür. İndiki reallıqda İlham Əliyevin seçiləcəyini mövcud vəziyyətin tələbi kimi şərh edir.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gideon Saar Milli Məclisdə - FOTO

Gideon Saar Milli Məclisdə - FOTO

“Anasını işdən gətirib hadisəni törədib” - VİDEO

“Anasını işdən gətirib hadisəni törədib” - VİDEO

Rusiya bu şəxslərə vətəndaşlıq və yaşayış icazəsi VERMƏYƏCƏK

Rusiya bu şəxslərə vətəndaşlıq və yaşayış icazəsi VERMƏYƏCƏK

Sənədsiz evlərlə bağlı AÇIQLAMA

Sənədsiz evlərlə bağlı AÇIQLAMA

Avropada ƏN ÇOX MATÇA ÇIXAN gənc futbolçular bəlli oldu

Avropada ƏN ÇOX MATÇA ÇIXAN gənc futbolçular bəlli oldu

Şəmkirdə dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi MƏLUM OLDU

Şəmkirdə dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi MƏLUM OLDU

Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu baş tutub - FOTO

Azərbaycanla Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu baş tutub - FOTO

İl boyu uğur qazanacaq BÜRCLƏR - Karyera yüksəlişi, pul, sevgi

İl boyu uğur qazanacaq BÜRCLƏR - Karyera yüksəlişi, pul, sevgi

Netanyahu: “Qəzzada növbəti mərhələ bərpa yox, HƏMAS-ın tərksilahıdır”

Netanyahu: “Qəzzada növbəti mərhələ bərpa yox, HƏMAS-ın tərksilahıdır”

Sabiq futbolçu Çempionşip klubunu almağa HAZIRLAŞIR

Sabiq futbolçu Çempionşip klubunu almağa HAZIRLAŞIR

SOCAR-ın yeni törəmə şirkəti YARADILIB

SOCAR-ın yeni törəmə şirkəti YARADILIB

Azərbaycan-İsrail biznes forumunda iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTO/VİDEO

Azərbaycan-İsrail biznes forumunda iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTO/VİDEO

GƏNCLİK İKSİRİ: Bu giləmeyvə hüceyrələrin qocalmasını ləngidir

GƏNCLİK İKSİRİ: Bu giləmeyvə hüceyrələrin qocalmasını ləngidir

Bakıda ana iki uşağını gözəllik salonunda qoyub getdi - Qurumlar hərəkətə keçdi

Bakıda ana iki uşağını gözəllik salonunda qoyub getdi - Qurumlar hərəkətə keçdi

Yollar buz bağlayacaq - Sürücülərə XƏBƏRDARLIQ

Yollar buz bağlayacaq - Sürücülərə XƏBƏRDARLIQ

İngiltərə klubunun üzvü ölkəsinə QAYIDIR

İngiltərə klubunun üzvü ölkəsinə QAYIDIR

BƏƏ hava məkanını İran əleyhinə zərbələr üçün BAĞLADI

BƏƏ hava məkanını İran əleyhinə zərbələr üçün BAĞLADI

"Ölkədə nə qədər ailəsi dağılan qadın var"

"Ölkədə nə qədər ailəsi dağılan qadın var"

İtaliyalı nazir müavinindən Zelenskiyə: “Dostum, müharibəni uduzursan, ləyaqəti itirirsən”

İtaliyalı nazir müavinindən Zelenskiyə: “Dostum, müharibəni uduzursan, ləyaqəti itirirsən”

“Liverpul”dan “Qarabağ”a hörmətsizlik – FOTO

“Liverpul”dan “Qarabağ”a hörmətsizlik – FOTO

ABŞ və Ermənistan nümayəndə heyətləri TRIPP layihəsini müzakirə etdilər

ABŞ və Ermənistan nümayəndə heyətləri TRIPP layihəsini müzakirə etdilər

Millimizin üzvü “Səbail”ə KEÇDİ

Millimizin üzvü “Səbail”ə KEÇDİ

Nəvələrinə baxan şəxslərin NƏZƏRİNƏ: Depressiya riskiniz var

Nəvələrinə baxan şəxslərin NƏZƏRİNƏ: Depressiya riskiniz var

Kəmalə Ağazadənin SON VƏZİYYƏTİ açıqlandı

Kəmalə Ağazadənin SON VƏZİYYƏTİ açıqlandı

End of content

No more pages to load

RADİO