Vüqar efirdə AĞLADI: “Onlar məni əzib, gözdən saldılar”- VİDEO 

“Televiziya çox təhlükəli sahədir. Sənət adamı, müğənni olmaq, efirə çıxmaq böyük təhlükədir. Çünki bir anın içində sənin bütün karyeran məhv ola bilər. Öz çapımda olan müğənniyəm. Neçə illər məni tamaşaçının gözündən salmağa çalışdılar və saldılar. Onlar öz reytinqləri xətrinə məni tamaşaçının gözündən saldılar. Emosionallığımdan istifadə etdilər. Məndə aqressiya yaratdılar. Bu səbəbdən səhnədən küsdüm, efirlərdən uzaqlaşdım, yaradıcılığımda yeniliklər etmədim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Bariton” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Vüqar Muradov qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Sənətçi bildirib ki, bir sıra aparıcılar və jurnalistlər reytinq naminə onu qalmaqallara qatıb, gözdən və nüfuzdan salıblar: 

“Tamaşaçı safdır və hər şeyə inanır. Mən də sənət fədaisi olmadığım və bəziləri kimi suyu üfürə-üfürə içə bilmədiyim üçün, bir az təkəbbürlü kimi çıxacaq, saflığım, emosionallığım, real həyatda, necəyəmsə, eləcə də efirdə olmağım mənim üçün neqativ oldu. Jurnalistlər öz karyeralarında qalxmaqları üçün məni əzməyə çalışdılar. Burada günah məndə deyil. Onların qurbanına çevrilmişdim. Vüqarı efirə müğənni kimi yox, qalmaqal etmək üçün çağırırdılar. Mən də “ləlöyün” kimi çıxırdım efirlərə. Yetər ki, efir olsun. Ətrafımda, yanımda mənə düzgün yol göstərən insan olmadığına görə məni yıxıb sürüdülər və gözdən saldılar. Tamaşaçı baxıb deyir ki, o, yekəxana və özündən razıdır”. 

Başına gələn hadisələrdən sarsılan Vüqar sənətdən onu ayrı salan məsələlərdən danışaraq, göz yaşı axıdıb: 

“Biz sənətçilər ruh insanıyıq. Ona görə bizi idarə etmək çox asandır. Bizi incitməyin. Vicdansız olmaq asan məsələdir. İnsanda vicdanın olması yaxşı şeydir. Nələrsə üçün onu itirməyək. Acından ölməyəcəksiniz, çörəksiz qalmayacaqsınız. 30-40 minlik avtomobildən və bahalı görünməkdən ötrü insanların qüruru ilə oynamayın, vicdansızlıq etməyin. Şərəf və ləyaqətlə yaşamağa çalışaq. Var-dövlətim olmasa da, dünyanın xoşbəxti mənəm. Çünki canım sağlamdır, rahat nəfəs alıram, məni sevən ətrafımda 3-4 insan var. Məcbur deyilsiniz, nəyəsə görə insanları alçaltmağa, gözdən salmağa, əzməyə və tapdalamağa. Ömür o qədər qısadır ki, buradan çıxdın, yoxsan həyatda. Qısa ömrümüzü belə şeylərə həsr etməyək. Mən zəifəm, boynuma alıram. Verilişinizə çağırın, mahnılarımı oxuyum, deyib gülüm, söhbət edək, bağrıma basım. Baxmayın ki, iki metr boyum var... Məni rahat buraxın. Məni pis şeylərə görə verilişlərinə çağırmasınlar, tanımasınlar və saymasınlar. Məni yandıran odur ki, məndən sonra bu sənətə gələnlərin kifayət qədər toyu, məclisləri var amma... Tamaşaçılar məni kobud insan kimi tanıyır. Axı niyə karyerama toxundunuz? Çörəyimlə niyə oynadınız? Vüqarı qızışdırdınız və saldınız ortaya...” 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

End of content

No more pages to load

RADİO