Paşinyanın TÖVBƏSİ – Moskva Nikolun göz yaşlarına İNANACAQ?

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də sözünün arxasında dayanmadı. Belə ki, Nikol dekabrın 25-də Sankt-Peterburqda keçirilən Avrasiya İttifaqı Ali İqtisadi Şurasının Zirvə Toplantısına qatıldı. Halbuki, son 4 ayda erməni baş nazir və onun komanda üzvləri çox kəskin danışır, Aİİ, KTMT və MDB-dən çıxacaqlarını deyirdilər. 

Hətta KTMT-nin və MDB-nin son iki toplantısına Paşinyan qatılmamışdı. Ona görə də belə bir fon yaranmışdı ki, Ermənistan mövcud olan bütün əlaqələri kəsib, yalnız Qərblə əməkdaşlıq etmək istəyir. Lakin son günlər baş verənlər sübut etdi ki, Ermənistan hakimiyyəti ikili oyun oynayır. Qərbin daha çox sevgisini qazanmaq üçün anti-Rusiya çıxışları edilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın Ermənistana müdaxilə planının PƏRDƏARXASI – Selahattin Pardan ÖZƏL AÇIQLAMA 


Ermənistan Rusiyadan, Paşinyansa Qərbdən asılıdır.

Ermənistan siyasi-iqtisadi, sosial və hətta hərbi cəhətdən Rusiyadan asılıdır. Ermənistanın idxal-ixrac əməliyyatının 70-80 faizi məhz Rusiyanın payına düşür. Hər ay Rusiyadakı erməni miqrantlar Ermənistana 1 milyard dollardan çox vəsait göndərir. 

Ermənilərin ən asan miqrasiya etdikləri ünvan Rusiyadır. Paşinyanı bu gün də qəbul etməyən erməni genarilitet də birbaşa Rusiyaya bağlıdır. Ermənistanın bəzi sərhədlərini ruslar qoruyur. Ordunun maddi-texniki təchizatının böyük hissəsi Rusiyadan gəlir. Bir sözlə Ermənistan Rusiyanın hesabına ayaqda qalır. Təsadüfi deyil ki, vaxtilə məhz Moskvanın təkidi ilə Ermənistan həm MDB, həm KTMT, həm də Aİİ-yə üzv olub. 

Ancaq Paşinyan Rusiyanın yox, Qərbin adamıdır.

2018-ci ilin may ayında siyasi hakimiyyətə gələn Paşinyan Qərbyönümlü siyasət yeritməyə çalışdı. Lakin ilk illərdə Rusiya ilə münasibətlərə də xələl gətirilmirdi. Bu isə Qərbin xoşuna gəlmədi. Ona görə də Qərb Paşinyanın qarşısına şərt qoydu ki, “bizim çətirimiz altındasansa, Rusiya ilə bütün münasibətləri kəsməlisən”. 

Qərbin təkidlərindən sonra Paşinyan hakimiyyətdə qalmaq üçün Qərbin sifarişlərini reallaşdırmaq məcburiyyətində qaldı. Daha sonra Ermənistanda yavaş-yavaş Rusiyaya qarşı çıxışlar başladı. Hətta bir ara İrəvanın küçələri anti-Rusiya şüarları ilə dolmuşdu. 

Yaranmış mənzərədən iştahlanan Qərb Paşinyandan daha çox şey tələb etməyə başladı. Bu tələblər arasında MDB, KTMT və Aİİ üzvlüyündən imtina da vardı. Hətta Paşinyandan tələb olunurdu ki, Rusiyanın vasitəçi və yaxud moderator olduğu heç bir platformada Ermənistan iştirak etməsin. Ona görə də rəsmi İrəvan Rusiyanın təmsil olunduğu bütün təşkilatlardakı fəaliyyətini dondurdu və hətta Azərbaycanla sülh danışıqları prosesindən imtina etdi.

Nəticəsiz qurbanlar...

Bütün bu qurbanlar nə Paşinyan hakimiyyətinə, nə də Ermənistana heç bir iqtisadi-siyasi dividend gətirmədi. Çünki Ermənistanın dövlət büdcəsi əsasən beynəlxalq ianələr hesabına formalaşır. Ən böyük ianəçi isə təbii ki, Rusiya idi. Lakin son 6 ayda Rusiya Ermənistana iqtisadi dəstəyini xeyli azaldıb. Məhz buna görə Ermənistan büdcə kəsirlərini qarşılama üçün beynəlxlaq maliyyə institutlarından kredit götürmək məcburiyyətində qaldı. 

Qərb isə bu zamana qədər ancaq vəd verir. Reallıqda isə heç bir iqtisadi dəstək yoxdur. Ona görə də Paşinyan qeyd şərtsiz Aİİ-nin və MDB dövlət başçılarının ənənəvi toplantısına qatıldı. Bununla da erməni baş nazir Rusiya ilə Ermənistan arasında donmuş münasibətləri isitmək istədi. 

Nəzərə alaq ki, qarşıdan sərt qış gəlir. Əgər bu qış günlərində Rusiya qazı olmasa, Ermənistan sözün hər mənasında donacaq. Ona görə də Paşinyan növbəti dəfə Rusiya boyun əyməli oldu.

Nikol Qərbdən niyə küsüb?

Paşinyanı Sankt-Peterburq səfərinə sövq edən digər səbəbsə Qərbin etibarsızlığıdır. Nəzərə alaq ki, bu yaxınlarda Avropa İttifaqı və NATO Ukrayna, Moldava və Gürcüstanla danışıqlara başlayıb. Lakin Ermənistan nədənsə heç kimin yadına düşməyib. Bu da Paşinyanın incikliyinə ikinci bir səbəb yaradıb.

Ötən gün Sankt-Peterburqda Putinlə Paşinyan bir araya gəldi. Ancaq iki lider arasında soyuqluq aydın şəkildə sezilirdi. Putinin laqeydliyi Paşinyanı əməlli-başlı utancverici duruma salmışdı. Ona görə də pərtliyini gizlətmək üçün Paşinyan müxtəlif hərəkətlər edirdi. Təsadüfi deyil ki, Aİİ-nin iclasında Putinin çıxışı zamanı Paşinyanın davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, Putin çıxış edərkən Paşinyan hamının gözü qarşısında mobil telefonunda nə isə yazmaqla məşğul olub. Sosial şəbəkə istifadəçiləri bu görüntüləri “yəqin Paşinyan iclasın gedişatı barədə Qərbdəki ağalarına hesabat verir” deyə şərh ediblər.

İndi qalır iki yol...

İndiki vəziyyətdə Paşinyan üçün 2 yol görünür. Birinci halda o hakimiyyətini qorumaq üçün Qərbin şərtlərini qəbul etməlidir. Bu halda Ermənistanın taleyi şübhə altına düşür. Çünki Qərb Rusiyanı Ermənistanda görmək istəmir. Rusiya isə Ermənistanı tərk etməyəcək. Beləcə, Ermənistan növbəti Suriya olacaq.

İkinci ehtimalsa ondan ibarətdir ki, Paşinyan Putinin qarşısında “tövbə eləsin”. Yalnız bu halda Ermənistan ayaqda qala bilər. Amma bu halda Paşinyan kreslosunda qalmayacaq.

Bu ehtimallardan hansı özünü doğruldacaq?

Bunu yaxın aylarda görəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

II kurs tələbəsi vəfat etdi

II kurs tələbəsi vəfat etdi

Avro ucuzlaşdı, rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Əgər balığın qarnı belədirsə, almayın!

Əgər balığın qarnı belədirsə, almayın!

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

David Luiz Pepedən sonra ikinci oldu

David Luiz Pepedən sonra ikinci oldu

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

End of content

No more pages to load

RADİO