Laçında “Böyük Qayıdış: Heydər Əliyev dühası” adlı tədbir təşkil edilib - FOTO/VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Abadlıq xidmətinin birgə təşkilatçılığı ilə Laçın şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti - "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib.

Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, tədbir iştirakçıları əvvəlcə “Laçın” kinoteatrının foyesində Ulu Öndərin məcburi köçkünlərlə görüşlərindən, həmçinin onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülmüş işlərdən bəhs edən fotosərgiyə baxıblar.

Rəsmi hissə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Dövlət Himni səsləndirilib.
Müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğaldan azad edilməsi üçün fədakarlıqla çalışan Ulu Öndər Heydər Əliyevin bununla bağlı arzularının artıq gerçəkləşdiyini qeyd edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Laçında hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Mahir Abbaszadə Ümummilli Liderin müstəqil dövlətçilik xəttinin, o cümlədən qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasətinin nəinki ölkəmiz üçün önəmli, eyni zamanda, bütün dünya üçün örnək olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov doğma yurdundan didərgin düşən həmvətənlərimizlə iş sahəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş siyasətin uğurlu nəticələrindən danışıb, Dövlət Proqramının icrası çərçivəsində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü, təsirli tədbirlər həyata keçirdiyini bildirib.

“Bakı Abadlıq Xidməti”nin direktor müavini Nəsimi Əsədov Ulu Öndərin xalqımıza bəxş etdiyi nailiyyətlər barədə fikir bildirib, Prezident İlham Əliyevin tapşırığı ilə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.

Tədbir iştirakçılarına “Böyük Qayıdış:Heydər Əliyev dühası" filmi təqdim olunub. Filmdə Ulu Öndər Heydər Əliyevin məcburi köçkünlərlə keçirdiyi görüşlər, onların yaşayış şəraitinin və maddi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər öz əksini tapıb. Film böyük maraqla qarşılanıb.

Daha sonra işğaldan azad edilmiş Laçın rayonu, Laçın şəhərinə köçürülən məcburi köçkünlər Elbrus Təhməzov, Sevinc Cabbarova və Qəzənfər Hüseynov Ulu Öndərin “Əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar” sözlərinin Prezident İlham Əliyevin uğurlu dövlət siyasəti nəticəsində reallaşdığını və keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtmaqda davam etdiyini böyük məmnunluqla qeyd ediblər.

Məcburi köçkünlər doğma torpaqlarında sevincli günlər yaşadıqlarını, onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Tədbirin sonunda Heydər Əliyevin 100 illiyinə həsr olunan fləşmobun təqdimatı keçirilib, Dövlət Proqramının icrası çərçivəsində təbliğat işlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib.
Daha sonra Laçın şəhərinə qayıtmış 30 ailəyə daimi yaşayış üçün verilən evlərin açarları təqdim edilib.

Tədbirin bədii hissəsində iştirakçılara muğam ifaçıları Ehtiram Hüseynov, Səbinə Ərəbil, Kamilə Nəbiyeva və Səbuhi İbayevin ifalarından ibarət konsert proqramı təqdim olunub.

Qeyd edək ki, tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavini Fuad Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin deputatı Mahir Abbaszadə, Bakı Abadlıq Xidmətinin direktor müavini Nəsimi Əsədov, Laçın Abadlıq Xidmətinin əməkdaşları, Dövlət Komitəsinin və komitə yanında İctimai Şuranın üzvləri, o cümlədən Laçın şəhər sakinləri iştirak ediblər.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Coşqun Rəhimova ağır itki!

Coşqun Rəhimova ağır itki!

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Lebron Ceyms Maykl Cordanı geridə qoydu

Lebron Ceyms Maykl Cordanı geridə qoydu

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

End of content

No more pages to load

RADİO