Cavanşir gizlinləri açdı: “Flora Kərimova 2 dəfə məni həbsdən qurtarıb” - VİDEO

“Flora Kərimova Azərbaycan estradasının ünvanıdır. O, elə-obaya, xalqına bağlı insandır. Qanı qanımdan, canı canımdadır. Flora xanımın insaniyyətdiyi var.  O, məni iki dəfə həbsdən qurtarıb. Bu sənətə gəlməyimdə rəhmətlik bibimin çox böyük rolu olub. Söhbət Flora xanımın anası Zümrüd xanımdan gedir.  O, elə bil ki, mənim bel sütunum idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “O üz” verilişinə müsahibəsində deyib. 

Sənətkar bibisı qızı, Xalq artisti Flora Kərimova ilə münasibətlərindən söz açıb: 

“Flora xanım, sənin ağır günlərində yanında olmuşam. Səhnələrə buraxılmayan vaxtlarında ortaya çıxmışam. Bu günkü Cavanşir adını edən özüm olmuşam. Heç bir qadının qoltuğunda gəzməmişəm”. 

Məmmədov bildirib ki, Kərimovanı oğlunun toyuna düşmən olduğu mərhum Xalq artisti İlhamə Quliyevaya görə çağırmayıbmış: 

“Mən Flora Kərimovanı oğlumun toyuna dəvət edə bilmədim. İlhamə Quliyeva dedi ki, toyda mən filan yerdə oturacağam. Flora xanım orada olsaydı, qorxdum ki, davaları düşəcək. Ona görə, Flora Kərimovanı toya dəvət edə bilmədim. Açıb dərdimi danışmamışam. Toyların birində yola getməmələrini gördüm. İndi mən necə dəvət edə bilərdim? İlhamə deyəcəkdi ki, mənə söz ver, danışım, Flora isə buna etiraz edərdi, deyərdi ki, ona söz vermə... Onun qabağını kim ala bilərdi?  Flora da qızı Zümrüdə toy edəndə məni çağırmadı. Məclisi Elariz Məmmədoğlu idarə etdi. Məndən də soruşdular ki, bəs sən niyə qohumun toyunda oxumadın? Mən dəvət almayan yerə necə gedə bilərdim? Ürəyimdə çox söhbətlər var, amma onlar mənimlə birlikdə qəbrə gedəcək”. 

F.Kərimova  qonaq olduğu verilişdə C.Məmmədovu çox istədiyini vurğulasa da, ancaq ondan incik küsdüyünü də gizlətməyib: 

“Mən Cavanşiri çox istəyirdim. İndi də istəyirəm. Kökümüz birdir. Ona görə, çox əziyyət çəkmişəm. Bir kişi eləmədiyini mən ona etmişəm. Ancaq məni çağırmayanda (toyu nəzərdə tutur – red.) mən siyasətdə idim. Onda qohumlarım məndən qorxurdular, heç salam belə vermirdilər. Təqib olunan vaxtlarımda özüm insanlardan çəkilirdim ki, onları pis vəziyyətdə qoymayım.

Mən bilirdim ki, o evə getsəm, hər şeydən qorxacaq. Bilirdim ki, kimləsə müsbət belə danışsam, onun üçün pis olacaq. Çünki bunu mən demişəm. Dayı oğlu... Özü də ən çox sevdiyim insan. Qucağımda böyüyən bir insan məndən çəkinəndə və mənim ünvanıma deyəndə ki, “O hara, siyasət hara...”.  

Əgər bu insan təhlükəsizliyindən qorxursa, necə yaxınlaşardım? O hərbi xidmətdə olanda onun yerləşdiyi yerə gecə saat 3-4 idi, qaranlıqda tanımaya-tanımaya, soruşa-soruşa özümü ora yetirdim çünki onu həyatım qədər sevirdim.
Belə bibi qızıya belə bir münasibət olmamalı idi. Dedi ki, iki dəfə onu həbsdən qurtarmışam. Çox təəccübləndim ki, bunu o dilinə gətirdi. Çünki o hər zaman bu mövzudan qaçırdı. Nə qədər insanları başa düşüm? Mənim həyatım bax belə keçib. Digər insanın təqsirini də öz boynuma götürmüşəm. Pislik eləməməyin özü yaxşılıqdır. Amma bunlardan hər zaman pislik görmüşəm”.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Tutun bilinməyən ZƏRƏRLƏRİ - Kimlər bu meyvəni yeməməlidir?

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? — AÇIQLAMA

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Stomatologiyada “kreditlə gülümsəmə” - Diş müalicələri niyə bahalaşır?

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Taksi xidməti növbəti dəfə BAHALAŞDI - VİDEO

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Gürcüstanda 13 yaşlı azərbaycanlının meyiti tapıldı

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

Bakı sakinləri təşvişdə -Yayılan bu sirli həşərat nədir?

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

ABŞ-la İran arasıda sülh razılaşması bazar ertəsinə qədər imzalana bilər

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb

Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

Bakıda parkinq böhranı - Yer yoxdur, qiymətlər isə artır - VİDEO

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

Bu gün Azərbaycanda “Son zəng”dir

Bu gün Azərbaycanda “Son zəng”dir

Həftənin ilk günü İŞ OLMAYACAQ

Həftənin ilk günü İŞ OLMAYACAQ

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

Qızıl bazarında diqqətçəkən UCUZLAŞMA - VİDEO

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

"Apple" "iPhone"a tuva və yakut dillərini ƏLAVƏ ETDİ

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Maliyyə hüzuruna qovuşacaq 3 BÜRC

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

Ən yaxşı babalar bu 4 TARİXDƏ doğulur

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Daşkəsəndə yumurta boyda dolu yağdı - VİDEO

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

Kanada - Bosniya və Herseqovina oyununda hesab bərabərləşdi

End of content

No more pages to load

RADİO