Acun Ilıcalının “Exxen” platformasında yayımlanan “Olağan Şubheliler” serialında qəza baş verib.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, kaskadyor Aylin Akyüz çəkiliş meydançasında qəzaya düşüb.
Yol qəzası səhnəsində əvvəlcə avtomobilin üstünə, sonra isə yerə düşərək ağır yaralanan Aylin Akyüz xəstəxanaya aparılıb. O, Beyin qanaması səbəbi ilə reanimasiyaya yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirlir.
Bizim.Media