İƏT nümayəndələri Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış oldu - FOTO

Aprelin 6-da İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar.

Bizim.Media xəbər verir ki, Təmas Qrupuna daxil olan doqquz ölkənin nümayəndəsini Prezident Administrasiyasının məsul əməkdaşı Fərhad Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müşayiət ediblər.

Səfərin məqsədi Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrini Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

 

MÖVZU İLƏ BAĞLI:

İƏT nümayəndələri ermənilərin donuz saxladığı İmarətdə - VİDEO


Qonaqlar oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər.

Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

 

Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.


Növbəti müharibə cinayəti isə oktyabrın 17-də törədilib. Düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo və Qambiya Respublikasının İslam Əməkdaşlıq Təşkilatında (İƏT) daimi nümayəndəsinin müavini Jah Abu Bakir jurnalistlərə açıqlamalarında erməni terrorunu sərt şəkildə qınadıqlarını bildirib, dinc azərbaycanlı əhalinin məqsədli şəkildə hədəf alınmasının insanlıqla bir araya sığmadığını diqqətə çatdırıblar.

Onlar İƏT-in daim Azərbaycana dəstək olduğunu və bu dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıblar.

Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Zakir Qaralova ağır itki üz verdi

Zakir Qaralova ağır itki üz verdi

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

“Gizir Xanı”ya şəhidlik statusu verildi

“Gizir Xanı”ya şəhidlik statusu verildi

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Türkiyə Qara dəniz üzərində PUA vurub

Türkiyə Qara dəniz üzərində PUA vurub

Bu legioner “Sabah”ı tərk edə bilər

Bu legioner “Sabah”ı tərk edə bilər

Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Aİ və ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldilər

Aİ və ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldilər

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

“Azərreyl” qələbə qazandı

“Azərreyl” qələbə qazandı

Balakəndəki qəzada xəsarət alanların SON DURUMU

Balakəndəki qəzada xəsarət alanların SON DURUMU

Zaxarovadan İRAD: “Sikorski unutmamalıdır ki, Lenin olmasaydı, Polşa da olmazdı”

Zaxarovadan İRAD: “Sikorski unutmamalıdır ki, Lenin olmasaydı, Polşa da olmazdı”

End of content

No more pages to load

RADİO