Türkiyənin məşhur rep ifaçısı Ezhel (Ömer Sercan İpekcioğlu) Rəmişlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, repçi "İnstagram" hesabında Rəmişin ifasını paylaşaraq onun ölümünə təəssüfləndiyini bildirib:
“Rəmiş babanı ilk dəfə yutubda tanıdım, daha sonra gitaraya heyran oldum. Təəssüf ki, onu itirmişik. Ruhu şad olsun”.
Xatırladaq ki, Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) 5 aprel tairixndən vəfat edib.
Bizim.Media