Azərbaycanda ifşa olunan Fransa agentləri KİMLƏRDİR? – ARAŞDIRMA 

Xəbər verdiyimiz kimi, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Qərb mətbuatının yaydığı məlumata görə, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın casus şəbəkəsi Azərbaycanda İFŞA OLUNDU


Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.

Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. 

Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.

Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.

Mənbə hesab edir ki, uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə olacaq. Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.

Bununla yanaşı, hazırda yayılan xəbərlərdə o da bildirilir ki, Fransa Prezidenti Emanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanılıb.

Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

Qeyd edək ki, Bu Fransanın xarici ölkələrdəki agentura şəbəkəsinin ilk ifşası deyil. Belə ki, cəmi 2 gün əvvəl Fransanın 4 agenti Burkino-Fasoda saxlanılıblar. Burkino-Faso hökuməti artıq həmin şəxsləri istintaqa cəlb edib. Onlar gizli məlumatları əldə etmək məqsədilə casusluq fəaliyyəti göstərməkdə ittiham olunublar. 

Bundan əlavə, ötən ilin payızında İranda etirazları qızışdırmaqda ittiham olunan Fransa agentlərinin saxlanıldığı xəbəri yayılmışdı.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xoşqədəm Hidayətqızı Aygün Kazımovanın ad günündə GÖRÜNTÜLƏNDİ - VİDEO/ÖZƏL

Xoşqədəm Hidayətqızı Aygün Kazımovanın ad günündə GÖRÜNTÜLƏNDİ - VİDEO/ÖZƏL

Namiq Qaraçuxurlu Aygün Kazımovanın AD GÜNÜNDƏ - VİDEO

Namiq Qaraçuxurlu Aygün Kazımovanın AD GÜNÜNDƏ - VİDEO

“Liverpul” “Qarabağ”ın qeyri-adi rekord vurduğunu ELAN ETDİ - FOTO

“Liverpul” “Qarabağ”ın qeyri-adi rekord vurduğunu ELAN ETDİ - FOTO

Aygün Kazımovanın qızı İlqarə ad günündəki tərzi ilə diqqət çəkdi - VİDEO/ÖZƏL

Aygün Kazımovanın qızı İlqarə ad günündəki tərzi ilə diqqət çəkdi - VİDEO/ÖZƏL

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Röya Aygün Kazımovanın AD GÜNÜNDƏ: “Xonçanı İlqarənin toyunda gətirərəm” - VİDEO/ÖZƏL

Röya Aygün Kazımovanın AD GÜNÜNDƏ: “Xonçanı İlqarənin toyunda gətirərəm” - VİDEO/ÖZƏL

“Qarabağ” Liverpula çatdı - VİDEO

“Qarabağ” Liverpula çatdı - VİDEO

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI - VİDEO

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI - VİDEO

“Avropa ABŞ-ın dəstəyi olmadan özünü müdafiə etmək gücündə deyil” - NATO-nun baş katibi

“Avropa ABŞ-ın dəstəyi olmadan özünü müdafiə etmək gücündə deyil” - NATO-nun baş katibi

İrandakı səfirliyimizdə törədilən terror aktından üç il ötür

İrandakı səfirliyimizdə törədilən terror aktından üç il ötür

İranda səfirliyimizə hücum edən terrorçunu ram edən qəhrəmanın anasının sensasion müsahibəsi - FOTO

İranda səfirliyimizə hücum edən terrorçunu ram edən qəhrəmanın anasının sensasion müsahibəsi - FOTO

Aygün Kazımova: Gecə qızım tortla təbrikə gəldi” - VİDEO/EKSKLÜZİV

Aygün Kazımova: Gecə qızım tortla təbrikə gəldi” - VİDEO/EKSKLÜZİV

“Xankəndi” “Qarabağ”ın sabiq futbolçusunu TRANSFER ETDİ

“Xankəndi” “Qarabağ”ın sabiq futbolçusunu TRANSFER ETDİ

Bakıda məhkəmə sədrinin oğlu arvadını BIÇAQLADI

Bakıda məhkəmə sədrinin oğlu arvadını BIÇAQLADI

Uşaqların inkişafı üçün VACİB MƏHSULLAR

Uşaqların inkişafı üçün VACİB MƏHSULLAR

Tramp HƏMAS-ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə ÇAĞIRDI

Tramp HƏMAS-ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə ÇAĞIRDI

“Bavariya” Keynlə müqaviləni artırmaq istəyir

“Bavariya” Keynlə müqaviləni artırmaq istəyir

Summativ qiymətləndirmə cavablarının əvvəlcədən yayılmasına rəsmi qurumdan REAKSİYA

Summativ qiymətləndirmə cavablarının əvvəlcədən yayılmasına rəsmi qurumdan REAKSİYA

“Sabah”dan ayrılan futbolçu Rusiya klubuna KEÇDİ

“Sabah”dan ayrılan futbolçu Rusiya klubuna KEÇDİ

Şəmkirdə dərədən meyiti tapılan kişini oğlu öldürüb - TƏFƏRRÜATLAR

Şəmkirdə dərədən meyiti tapılan kişini oğlu öldürüb - TƏFƏRRÜATLAR

Röya Aygün Kazımovanı belə təbrik etdi - VİDEO

Röya Aygün Kazımovanı belə təbrik etdi - VİDEO

Rusiya ordusu Xerson vilayətindəki mövqelərini TƏRK EDİB

Rusiya ordusu Xerson vilayətindəki mövqelərini TƏRK EDİB

“Lion” Endriki saxlamaq İSTƏYİR

“Lion” Endriki saxlamaq İSTƏYİR

Gideon Saar Milli Məclisdə - FOTO

Gideon Saar Milli Məclisdə - FOTO

End of content

No more pages to load

RADİO