Səməd Seyidov Rusiya XİN başçısının müavinini qəbul edib - FOTO

Dekabrın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşüb.

Milli Məclisdən Bizim.Media-ya verilən xəbərə görə, Səməd Seyidov bildirib ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı hörmətə əsaslanan sıx münasibətlər mövcuddur. 

O qeyd edib ki, çoxəsrlik tarixə malik olan Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinə söykənir. Hər iki ölkə prezidentinin rəhbərliyi ilə dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri də dinamik inkişaf edir və bu sahədə parlamentlərarası dostluq qruplarının xüsusi rolu var.
Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafında maralıdır. O, ölkələrimiz arasında mövcud olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin əhəmiyyətindən danışıb, ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığını yüksək qiymətləndirib. Qonaq 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarının həyata keçirilməsinin və tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiya və Azərbaycan arasında parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər iştirak ediblər.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xoşqədəm Hidayətqızı Aygün Kazımovanın ad günündə GÖRÜNTÜLƏNDİ - VİDEO/ÖZƏL

Xoşqədəm Hidayətqızı Aygün Kazımovanın ad günündə GÖRÜNTÜLƏNDİ - VİDEO/ÖZƏL

Namiq Qaraçuxurlu Aygün Kazımovanın AD GÜNÜNDƏ - VİDEO

Namiq Qaraçuxurlu Aygün Kazımovanın AD GÜNÜNDƏ - VİDEO

“Liverpul” “Qarabağ”ın qeyri-adi rekord vurduğunu ELAN ETDİ - FOTO

“Liverpul” “Qarabağ”ın qeyri-adi rekord vurduğunu ELAN ETDİ - FOTO

Aygün Kazımovanın qızı İlqarə ad günündəki tərzi ilə diqqət çəkdi - VİDEO/ÖZƏL

Aygün Kazımovanın qızı İlqarə ad günündəki tərzi ilə diqqət çəkdi - VİDEO/ÖZƏL

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Röya Aygün Kazımovanın AD GÜNÜNDƏ: “Xonçanı İlqarənin toyunda gətirərəm” - VİDEO/ÖZƏL

Röya Aygün Kazımovanın AD GÜNÜNDƏ: “Xonçanı İlqarənin toyunda gətirərəm” - VİDEO/ÖZƏL

“Qarabağ” Liverpula çatdı - VİDEO

“Qarabağ” Liverpula çatdı - VİDEO

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI - VİDEO

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI - VİDEO

“Avropa ABŞ-ın dəstəyi olmadan özünü müdafiə etmək gücündə deyil” - NATO-nun baş katibi

“Avropa ABŞ-ın dəstəyi olmadan özünü müdafiə etmək gücündə deyil” - NATO-nun baş katibi

İrandakı səfirliyimizdə törədilən terror aktından üç il ötür

İrandakı səfirliyimizdə törədilən terror aktından üç il ötür

İranda səfirliyimizə hücum edən terrorçunu ram edən qəhrəmanın anasının sensasion müsahibəsi - FOTO

İranda səfirliyimizə hücum edən terrorçunu ram edən qəhrəmanın anasının sensasion müsahibəsi - FOTO

Aygün Kazımova: Gecə qızım tortla təbrikə gəldi” - VİDEO/EKSKLÜZİV

Aygün Kazımova: Gecə qızım tortla təbrikə gəldi” - VİDEO/EKSKLÜZİV

“Xankəndi” “Qarabağ”ın sabiq futbolçusunu TRANSFER ETDİ

“Xankəndi” “Qarabağ”ın sabiq futbolçusunu TRANSFER ETDİ

Bakıda məhkəmə sədrinin oğlu arvadını BIÇAQLADI

Bakıda məhkəmə sədrinin oğlu arvadını BIÇAQLADI

Uşaqların inkişafı üçün VACİB MƏHSULLAR

Uşaqların inkişafı üçün VACİB MƏHSULLAR

Tramp HƏMAS-ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə ÇAĞIRDI

Tramp HƏMAS-ı tərksilah etmək öhdəliyini yerinə yetirməyə ÇAĞIRDI

“Bavariya” Keynlə müqaviləni artırmaq istəyir

“Bavariya” Keynlə müqaviləni artırmaq istəyir

Summativ qiymətləndirmə cavablarının əvvəlcədən yayılmasına rəsmi qurumdan REAKSİYA

Summativ qiymətləndirmə cavablarının əvvəlcədən yayılmasına rəsmi qurumdan REAKSİYA

“Sabah”dan ayrılan futbolçu Rusiya klubuna KEÇDİ

“Sabah”dan ayrılan futbolçu Rusiya klubuna KEÇDİ

Şəmkirdə dərədən meyiti tapılan kişini oğlu öldürüb - TƏFƏRRÜATLAR

Şəmkirdə dərədən meyiti tapılan kişini oğlu öldürüb - TƏFƏRRÜATLAR

Röya Aygün Kazımovanı belə təbrik etdi - VİDEO

Röya Aygün Kazımovanı belə təbrik etdi - VİDEO

Rusiya ordusu Xerson vilayətindəki mövqelərini TƏRK EDİB

Rusiya ordusu Xerson vilayətindəki mövqelərini TƏRK EDİB

“Lion” Endriki saxlamaq İSTƏYİR

“Lion” Endriki saxlamaq İSTƏYİR

Gideon Saar Milli Məclisdə - FOTO

Gideon Saar Milli Məclisdə - FOTO

End of content

No more pages to load

RADİO