Prezidentliyə namizədlik üçün müraciət edənlərin ümumi sayı 9 nəfərdir.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, onlardan 7 nəfərin namizədliyi MSK tərəfindən təsdiq olunub.
Qeyd edək ki, prezident seçkilərində namizədliyi təsdiq olunan siyasətçilər Prezident İlham Əliyev, Fazil Mustafa, Zahid Oruc, Razi Nurullayev, Fuad Əliyev, Elşad Musayev və Qüdrət Həsənquliyevdir.
Günay Şahmar, Bizim.Media