WhatsApp iOS və Android cihazları arasında çat tarixçəsini köçürmək imkanı yaradacaq funksiyanı təqdim etməyə hazırlaşır.
Bizim.Media “WABetaInfo” portalına istinadla xəbər verir ki, bununla dialoqların, mesaj tarixçəsinin, gələn faylların və qrup abunələrinin bir platformadan digərinə köçürülməsini təmin edəcək.
Hazırda isə bunu yalnız kənardan proqram yükləməklə etmək mümkündür.
Bunun səbəbi ehtiyat kopiyasının iOS ilə işləyən telefonlarda iCloud servisində, Android ilə işləyən telefonlarda isə Google Disc-lərdə saxlanılmasıdır.
Bizim.Media