Paşinyansayağı “SÜLH” – Ermənistanın 3 prinsip təklifinin PƏRDƏARXASI  

Ermənistan yenə “atı daşlığa sürür”. Sülh sazişini imzalamağa hazır olduğunu deyən Paşinyanın komandası elə şərtlər irəli sürür ki, onunla heç bir suveren dövlət razılaşa bilməz.

Necə ki, Azərbaycan da razılaşmır.  

Ermənistan “3 prinsipə riayət olunması”nı istəyir.

Bu 3 prinsipdə isə xeyli müəmmalı və absurd məqamlar mövcuddur. Ermənistan deyir ki, sülh sazişindən sonra hər iki tərəf qoşunlarını sərhəddən geri çəkməli və həmin əraziyə “beynəlxalq qarant mexanizmi” olaraq üçüncü dövlətin və yaxud dövlətlərin sülhməramlı missiyası yerləşdirilməlidir.

Ermənistanın bu tələbləri heç bir humanist prinsiplərə sığmır. Üstəlik, rəsmi İrəvanın bəyan etdiyi digər fikirlərlə bu 3 prinsip tamamilə ziddiyət təşkil edir.

Məsələn, Nikol Paşinyan ötən gün dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır:

“30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik”.

Paşinyanın sözlərinə görə, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yeni yanaşmaları region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək:

“Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu rabitəsini bərpa etməyə, həm də yenilərini tikməyə hazırdır. Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş (Tovuzqala) rayonu ilə birləşdirəcək yol, cənub istiqamətində isə  Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək yol çox böyük imkanlara malikdir. Biz hesab edirik ki, bu rabitəni şimal istiqaməti ilə də təmin etmək olar”.

Nikol Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 keçid məntəqəsi quraşdırmağa hazırdır. Bu məntəqələrin 6-nın Azərbaycanla, 1-inin isə Türkiyə ilə sərhəddə inşası nəzərdə tutulur.

İrəvan həmçinin respublika ərazisində ümumi uzunluğu 130 km olan dörd dəmir yolu hissəsini bərpa etməyi planlaşdırır. Bu dəmir yollarını gələcəkdə Türkiyə və Azərbaycan dəmir yoluna inteqrasiya etmək olar. Bunun hesabına da Ermənistan asanlıqla Beynəlxalq aləmə çıxış əldə etmiş olar. Bu layihələrin reallaşması Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, Ermənistana 500 milyon dollara başa gələcək.

Paşinyanın bu dediklərini “3 prinsipə riayət olunması” təklifi tamamilə təkzib edir. 

Çünki sülhün yaranması qarşılıqlı əlaqələrin bərpası deməkdir. Əgər əlaqələr bərpa olunacaqsa və Paşinyanın dediyi kimi Azərbaycanla sərhəddə 6 gömrük-keçid məntəqəsi yaradılacaqsa, onda qarant mexanizmi və orduların geri çəkilməsi nəyə lazımdır?!

Ermənistanın təklif etdiyi “3 prinsip” sülh sazişindən daha çox atəşkəs razılaşmasına bənzəyir. Yəni təmas xətlərindən hərbçilər geri çəkilir və neytral zona yaradılır. Ən başlıcası isə bu neytral zonaya beynəlxalq sülhməramlılar yerləşdirilir.

Bu təklif sülh sazişindən imtinadan başqa bir şey deyil. 

Ermənistan neytral zona yaratmaqla beynəlxalq və daxili auditoriyaya çatdırmaq istəyir ki, Ermənistanla Azərbaycan arasında münaqişə bitməyib, davam edir. 

Bu isə Qərbin Ermənistana təzyiqi səbəbi ilə irəli atılmış bir “təklif”dir. Göründüyü kimi bir çox ölkələr Cənubi Qafqazda davamlı sülhün olmasını istəmirlər. Digər tərəfdən ABŞ, Fransa və bəzi ölkələr Cənubi Qafqaza soxulmağa çalışırlar. Bu ölkələrə isə yaşıl işıq yandıran yeganə region ölkəsi Ermənistandır. Paşinyan öz hakimiyyətini qorumaq üçün Qərbdən təminat istəyir. 

Qərbsə deyir ki, biz təminatı yalnız bölgəyə girəndən sonra verə bilərik. Amma Qərbin Ermənistanda yurd salması üçün gərəkdir ki, Rusiya öz qoşunlarını bu ölkədən çıxartsın. Yalnız bundan sonra Qərb Ermənistanda qərar tuta bilər. Nəzərə alaq ki, Rusiya Ermənistandan çıxmaq barədə düşünmür. Bu da o deməkdir ki, Qərbin Paşinyanın qarşısında qoyduğu şərtin icrası mümkünsüzdür. 

Ona görə də özünü çox ağıllı bilən Paşinyan ikili oyun oynamaq istəyir. 

Azərbaycanla sülh sazişini təklif etdiyi 3 prinsiplə imzalamaqla Ermənistan Qərbin “sülhməramlı” missiyasını Azərbaycan-Ermənistan sərhədinə yerləşdirmək istəyir. Bununla da Paşinyan Qərbi Cənubi Qafqaza soxmaq planını reallaşdırmağa çalışır. Nəzərə alaq ki, Ermənistanın Türkiyə, İran və Naxçıvanla sərhəddini rusiyalı hərbçilər qoruyur. 

Paşinyan istəyir ki, Azərbaycanla sərhədi də ABŞ və Fransa hərbçilərinə “tapşırsın”. Bununla da hakimiyyətdə qalması üçün Qərbin təminatını qazansın. Eyni zamanda, erməni xalqını inandırsın ki, müharibə hələ bitməyib və hər an başlaya bilər. Və bu müharibədə ermənilər guya “Qarabağı geri qazana bilərlər”.

Təbii ki, bütün bunlar Paşinyanın xam xəyallarıdır. Amma ən pisi odur ki, bu xəyallar üçün Paşinyan “siyasi manevr” edib həm “sülh sazişi” imzalamağı, həm də Qərbi Cənubi Qafqaza gətirməyi düşünür.
Məlum məsələdir ki, Ermənistanın 3 prinsipini Azərbaycan heç zaman qəbul etməyəcək. Sülh sazişinin gecikməsi isə yavaş-yavaş Paşinyanın və Ermənistanın sonunu gətirəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Makron Çinə qarşı birləşməyə çağırdı

Makron Çinə qarşı birləşməyə çağırdı

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

End of content

No more pages to load

RADİO