“Bu gün İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək”.
Bizim.Media xəbər verir ki, bunu növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında YAP sədrinin müavini Əli Əhmədov bildirib.
Əli Əhmədov deyib ki, bu, təkcə YAP-ın deyil, Azərbaycan xalqının qərarı olacaq.
Bizim.Media