İstismara verildiyi gündən cari ilin 01 dekabr tarixinədək “Füzuli” Su Elektrik Stansiyasında stansiyada 309 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, stansiyanın açılışı 15 dekabr 2012-ci il tarixində olub.
Məlumata görə, hər biri 6,25 MVt-lıq 4 ədəd hidroaqreqatdan ibarət olan basqılı derivasiya tipli su elektrik stansiyasının ümumi qoyuluş gücü 25 MVt-dır.
Bizim.Media