Azərbaycana gətirilən 4 vaksindən HANSINI seçək? – “Peyvəndləri qarışdırmaq olmaz” – RƏSMİ  

Azərbaycanda artıq 1 milyona yaxın insan vaksinasiya prosesinə cəlb edilib. Təkcə ötən gün Azərbaycanda 22 min 932 doza vaksin vurulub. İndiyədək ölkədə 947 min 745 doza vaksin vurulub. Bunlardan 590 min 914-ü birinci mərhələ, 356 min 831-i isə ikinci mərhələ vaksinasiyadır.

Səhiyyə nazirininn müavini Viktor Qasımov mətbuata açıqlamasında bildirib ki, Çindən “CoronaVac" vaksinindən daha 150 min doza yeni peyvənd gətiriləcək.

Öz növbəsində isə Azərbaycana Koreyadan “AstraZeneca” (“Vaxzevria”)  şirkətinə məxsus 84 000 doza vaksin gətirilib.

Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub. Nazir müavini yaxın vaxtlarda “AstraZeneca” peyvəndinin da tətbiqinə başlanılacağınıı açıqlayıb.  Bununla bərabər yaxın vaxtlarda Rusiyanın “Sputnik- V” vaksininin də Azərbaycana idxalı gözlənilir. 

Maraqlıdır, Azərbaycana gətirilən və gətirilməsi plaşlaşdırılan müxtəlif ölkə istehsalı olan peyvəndlərin tətbiqi zamanı insanlara seçim hüququ veriləcəkmi? 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov Bizim.Media-ya açıqlamasında vətəndaşların peyvənd seçiminin sərbəst olduğunu deyib:

“Seçim pasiyentdən  və peyvəndin əlçatanlığından asılıdır. Dünya ölkələrində vaksin çatışmazlığı var. Hazırda bizdə Çin vaksini və “AstraZeneca” var. Yaxın günlərdə isə “Sputnik- V” gətiriləcək. Eyni zamanda ABŞ-ın “Pfizer”nin ölkəyə gətirilməsi planlaşdırılır. Bu peyvəndlər əl altında əlçatan olduqda, o zaman pasiyentin istəyindən asılı olaraq bu vaksinlərdən biri tətbiq edilə bilər. Hansısa vaksin bitibsə və ya yoxdursa, pasiyent o peyvəndi tələb edə bilməz.

Təəssüflə qeyd edim ki, hazırda hamı üçün bütün vaksinlərdən çata biləcək doza yoxdur. Ona görə də bütün dünyada vaksinasiya mərhələli şəkildə aparılır.

Azərbaycanda hazırda 1 milyon doza rezerv var. Amma uşaqları çıxsaq, ölkə əhalisinin sayı təxminən 5-6 milyondur. Vaksinlərin sayı və çeşidi çox olduqda, vətəndaş seçimində sərbəstdir. Yeganə məhdudiyyət odur ki, bir vaksinlə peyvəndlənməyə başlayan şəxs elə həmin vaksinlə prosesi tamamlamalıdır.

Birinci doza filan vaksin, ikinci doza bir başqa, buna icazə verilmir. Bu istiqamətdə dünyada tədqiqatlar aparılır və Azərbaycanda da aparılacaq. O tədqiqatların tövsiyələrinə görə peyvəndləri qarışdırmaq məsləhət deyil”.

Nabil Seyidov dünyada istehsal olunan bütün peyvənd növlərinin 18 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulmadığını xatırladıb:

“Araşdırmalar gedir və bəzilərində müsbət nəticələr var. Hələki dünya səviyyəsində 18 yaşdan aşağı COVİD-lə bağlı vaksinlərin vurulmasına dair tövsiyyə və ya qərar qəbul edilməyib. Amma bununla bağlı tədqiqatlar tamamlanmayıb. Üstəgəl uşaqların vaksinasıyası daha aşağı prioritetdir. Çünki uşaqlar bu xəstəliyi rahat və simptomsuz keçirir”. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn qumarla bağlı növbəti ƏMƏLİYYAT: Daha 8 nəfər SAXLANILDI – VİDEO

Onlayn qumarla bağlı növbəti ƏMƏLİYYAT: Daha 8 nəfər SAXLANILDI – VİDEO

Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI

Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Küləklər şəhəri niyə külək üzünə HƏSRƏT QALIB?

Küləklər şəhəri niyə külək üzünə HƏSRƏT QALIB?

DİQQƏT! Lerikin bəzi kəndlərində işıq olmayacaq

DİQQƏT! Lerikin bəzi kəndlərində işıq olmayacaq

Avropa Liqası: “Fənərbağça” meydandan bir xalla ayrıldı - NƏTİCƏLƏR - VİDEO

Avropa Liqası: “Fənərbağça” meydandan bir xalla ayrıldı - NƏTİCƏLƏR - VİDEO

Xamenei: “Uca Allahdan yağış istəyin” – VİDEO

Xamenei: “Uca Allahdan yağış istəyin” – VİDEO

II kurs tələbəsi vəfat etdi

II kurs tələbəsi vəfat etdi

Avro ucuzlaşdı, rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Əgər balığın qarnı belədirsə, almayın!

Əgər balığın qarnı belədirsə, almayın!

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

David Luiz Pepedən sonra ikinci oldu

David Luiz Pepedən sonra ikinci oldu

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

End of content

No more pages to load

RADİO