“AstraZeneca” dərdə dərman, yoxsa dərd üstünə dərd?

Azərbaycana COVAX platforması xətti ilə COVID-19 virusuna qarşı AstraZeneca peyvəndi çatdırılıb. "AztraZeneca" şirkətinin istehsal etdiyi 84 min doza peyvənd ötən gün Cənubi Koreyadan Azərbaycana gətirilib.

Son günlərdə Almaniya, Fransa, İtaliya və digər Avropa dövlətlərində "AztraZeneca" ətrafındakı ajiotaj, çoxlu suallar yaradıb. 


Dünyanın bir sıra ölkələrinin vaksindən imtina etməsi Azərbaycan üçün də ciddi siqnal ola bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

“Çindən daha 150 min doza yeni vaksin gətiriləcək” - Viktor Qasımov


Danimarka və Norveçin “AstraZeneca”nın tətbiqini dayandırmasından öncə Avstriya qanın laxtalanmasının pozulması və ağciyər arteriyasında tromboemboliya səbəbindən ölüm faktını araşdırması üçün bu peyvəndin istifadəsinə ara verib. 

“AstraZeneca” vaksini vurulmuş şəxslərin ağciyər arteriyasında yüksək qan damarının laxta ilə tıxanması, venaların trombozu və ya trombosit səviyyəsinin düşməsi kimi simptomlar yaranıb.

Almaniyada da peyvənd olunanlar arasında yeddi nəfərin serebral damar trombozuna tutulduğu aşkar olunub və onlardan üçü ölüb. Avstriyada isə 49 yaşlı bir tibb bacısında peyvənd olunduqdan 10 gün sonra qan laxtalanması başlayıb və nəticədə həmin tibb bacısı həyatını itirib, onun 35 yaşlı həmkarı isə ağciyər emboliyası xəstəliyinə tutulub.

Qonşu Gürcüstanda da yeni növ koronavirus infeksiyasına qarşı “AstraZeneca” vaksini vurulandan sonra anafilaktik şok keçirən 27 yaşlı tibb bacısı vəfat edib. 

Avropanın şübhə ilə yanaşdığı “AstraZeneca” Azərbaycanda nüfuzunu bərpa edə biləcəkmi? 

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Bizim Media-ya bildirib ki, “AstraZeneca” ətrafında qalmaqalın Avropada bir qədər şişirdildiyi qənaətindədir.

Vaksin istehsal edən dövlətlər biri-biri ilə rəqabət apardıqları vaxtda, bu sadəcə qara piardır.
B.Britaniyada hazırlanmış  “AstraZeneca" vektor texnologiyası ilə hazırlanan mükəmməl vaksindir və qısa bir zamanda insanlar preparatın keyfiyyətinin  şahidi olacaqlar.


İnfeksionistin sözlərinə görə,  “Sinovac” şirkətinin “CoronaVac” vaksini  də ilk dəfə Azərbaycana gətiriləndə oxşar şayiələr yayılmışdı. İnsanlar peyvəndləmədən çəkinsə də, sonradan könüllü şəkildə vaksinasiyadan keçmək qərarına gəldilər. Vüqar Cavadzadə  qeyd edib ki, vaksin elmi məhsuldur, insanları öldürmək üçün deyil, həyat qurtarır, insanları  infeksion xəstəliklərdən qoruyur. 

Həkim vurğulayıb ki, vaksinasiya sonrası  yerli və ümumi reaksiyaların olması  normal haldır və hətta yüksək hərarətin olması belə əlavə təsir kimi qəbul edilə bilməz.

Ölüm hallarına gəldikdə isə Vüqar Cavadzadə  bildirib ki, insanlar digər xəstəliklərə də tutulub ölə bilər. Bütün bu ölüm hallarını vaksinin ayağına bağlamaq da  düzgün deyil:

“AstraZeneca” peyvəndini boykot etməyə heç bir əsas yoxdur”.

Vüqar Cavadzadənin sözlərinə görə, peyvənd olunan 6 milyon  insandan 6-7 nəfərdə trombozların yaranması “AstraZeneca” peyvəndini boykot etməyə əsas vermir.
 

Aparılan araşdırmalardan sonra həmin şəxslərdə ürək-damar sistemi xəstəliklərinin olduğu müəyyən olunub. Bu xəstəliklər zamanı isə  trombun əmələ gəlməsi xəstəliyin gedişatıdır. Bu ölüm faktlarının  vaksinlə heç bir bağlılığı yoxdur.


Məlumat üçün bildirək ki, ÜST trombozların yaranması hallarının nadir hal olmadığını və ürək-damar xəstəliklərindən sonra sayca üçüncü, ən çox rast gəlinən xəstəlik olduğunu qeyd edib.

Bununla yanaşı açıqlanıb ki, “AstraZeneca” peyvəndinin faydaları onunla bağlı bütün riskləri üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlayn qumarla bağlı növbəti ƏMƏLİYYAT: Daha 8 nəfər SAXLANILDI – VİDEO

Onlayn qumarla bağlı növbəti ƏMƏLİYYAT: Daha 8 nəfər SAXLANILDI – VİDEO

Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI

Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Küləklər şəhəri niyə külək üzünə HƏSRƏT QALIB?

Küləklər şəhəri niyə külək üzünə HƏSRƏT QALIB?

DİQQƏT! Lerikin bəzi kəndlərində işıq olmayacaq

DİQQƏT! Lerikin bəzi kəndlərində işıq olmayacaq

Avropa Liqası: “Fənərbağça” meydandan bir xalla ayrıldı - NƏTİCƏLƏR - VİDEO

Avropa Liqası: “Fənərbağça” meydandan bir xalla ayrıldı - NƏTİCƏLƏR - VİDEO

Xamenei: “Uca Allahdan yağış istəyin” – VİDEO

Xamenei: “Uca Allahdan yağış istəyin” – VİDEO

II kurs tələbəsi vəfat etdi

II kurs tələbəsi vəfat etdi

Avro ucuzlaşdı, rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı - YENİ MƏZƏNNƏ

Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Əgər balığın qarnı belədirsə, almayın!

Əgər balığın qarnı belədirsə, almayın!

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

David Luiz Pepedən sonra ikinci oldu

David Luiz Pepedən sonra ikinci oldu

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

End of content

No more pages to load

RADİO