Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi ilə bağlı Azərbaycanı təbrik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Mixalko özünün "X" hesabında paylaşım edib.
"Dünya üçün çox vacib olan iqlim dəyişikliyi ilə bağlı əsas BMT qlobal forumu - COP29-un ev sahibi kimi Azərbaycanı təbrik edir və uğurlar arzulayıram", - deyə Aİ rəsmisi qeyd edib.

Bizim.Media