FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media