“Əl-Hilal"ın hücumçusu Neymar Braziliya çempionatının yüksək liqasını tərk edən "Santos"a dəstək olub.
Bizim.Media xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında yetirməsi olduğu klub haqda yazıb:
“Müqəddəslər” həmişə müqəddəs olacaqlar. Yenə gülümsəyəcəyik”.
Xatırladaq ki, "Santos" "Fortaleza"ya uduzaraq (1:2) liqada qalmaq şanslarını itirib. Bu, klubun 111 illik tarixində ilk dəfə baş verib.
Bizim.Media