Mətanətin keçmiş gəlini: “Oğlumun qapıda qalmasının günahı məndə deyil” – VİDEO 

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananın keçmiş həyat yoldaşının xanımının övladlarını evə buraxmadığı ilə bağlı sosial şəbəkə hesabında paylaşdığı görüntülər müzakirə obyektinə çevrilib. 

Bizim.Media xəbər verir ki, Canana “Xəbərin var?” maqazin verilişinin canlı efirinə zəng edərək qalmaqallı məsələ ilə bağlı açıqlama verib. 

“Böyük oğlum Tuncayı tədbirə aparacaqdım. O mənə zəng vurub söylədi ki, dərsdən məni götürərsən. Sonra zəng vurub dedi ki, sən evə get, məni orada gözlə, çünki artıq məktəbdən çıxmışam. Çöldə soyuqda qalmamaq üçün onların qaldığı evin blokuna gəldim. Ortancıl oğlum Ruhlana zəng vurub söylədim ki, çıx, ana səni görsün.
Dedi ki, bacı yatır, indi mən çıxıram. Gördüm ki, o, çıxmır. Yenidən zəng etdim, bes niyə gəlmirsən? Cavabında dedi ki, bəs, mənı çıxmağa icazə vermirlər. Mən heç bilmirdim ki, ögey ana (keçmiş həyat yoldaşının həyat yoldaşı – red.) onlarla birgə yaşayır. Qayınanam Mətanət xanım məni aldatdı. O öz bildiyini etdi. O dedi ki, nəvələrim mənimlə bir evdə qalacaq. Övladlarım bunu bilsələr də, məndən gizlədirdilər, çünki onlar qorxu içindədirlər. Onlar otaqlarından çıxa bilmirlər. Uşaqlar travma alırlar”, - deyə Canana vurğulayıb. 

Canana baş vermiş hadisədən sonra keçmiş həyat yoldaşı Kərim tərəfindən şantaj olunduğunu bildirib: 

“Keçmiş həyat yoldaşım Kərim məni şantaj edir. Mən şantaj içində yaşayıram. Məni məcbur edib, mülklərdən imtina etdirirlər. Dövlətimə müraciət edirəm ki, məni sona kimi dinləyib, psixi xəstə kimi çıxarmasınlar. Başıma oyunlar gəlir. Məni məcbur edib gözəllik salonumu bağlatdırdılar. Məni elə müflis vəziyyətə salıblar ki, uşaqlarımı götürə bilməyim. Heç yerdə gəlirim olmasım”.

Mətanətin keçmiş gəlininin sözlərinə görə, Kərimin indiki həyat yoldaşı qapını ona görə deyil, oğlu Tuncaya görə açmadığını söyləyib: 

“Uşaq evə girib, əynini dəyişib, mənimlə tədbirə getməli idi. Təzə gəlin mənə görə deyil, sırf oğlum Tuncaya görə qapını açmırdı. O, bu hərəkəti ilə özünü mənə göstərir ki, burada hökmranlıq edən mənəm. Belə çıxır ki, mən blokda aşağıda soyuqda durmalıyam, qızım da xəstə-xəstə bu soyuqda aşağı düşməlidir ki, mənimlə görüşsün. Belə ədalətsizlik, haqsızlıq olar? Onlar kiminsə arvadını gətirib evə soxublar, öz bildiyini edir. Ana olaraq deyirəm ki, övladlarım əziyyət çəkir, buna isə hamı göz yumur. Axı, belə olmaz”. 

Canana bildirib ki, ögey ana qapını açmadığına görə, oğlu Tuncay məcburiyyət qarşısında dayısının Biləcəridəki evinə gedib: 

“Mətanət xanımın 5 ayrı evi var. Amma imkan vermir ki, uşaqlarım o evlərin birində qalsın. Bu hadisədən sonra keçmiş ərim Kərim zəng vurub məni hədələdi ki, bu hadisəyə görə, sənin başına oyun açacağam. Mətanət xanımın bacısı mənə zəng vurub söylədi ki, ata-bala dalaşıblar evdə. Kərim oğlunu vurmaq istəyib. Tuncay bu hadisədən sonra gedib Biləcəriyə, qardaşımın evinə. Orada qalıb və yatıb. Stres keçirib. Mən özüm kirayədə qalıram və oğluma Mətanət xanımgil tapşırıblar ki, ananın qaldığı evə getmə”. 

Müğənninin keçmiş gəlini uşaqlarından hazırda bixəbər olduğunu söyləyib: 

“Hazırda uşaqlarımdan xəbər yoxdur. Çünki zəng vururam, heç biri telefonu açmır”. 

Canana üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı yenidən keçmiş ailə üzvlərini məhkəməyə verəcəyini açıqlayıb: 

“Vəkilimlə dünən görüşdüm. Bu məsələni yenidən qaldıracağam. Mənim istədiyim odur ki, mənə düşən payı versinlər. Alimenti kəsiblər. Balalarımı geri istəyirəm. Mənimlə bir yerdə yaşasınlar. Onların psixologiyası pozulub. Qızım mənə hər dəfə söyləyir ki, ana, sənin evin olsa, gəlib səninlə yaşamaq istəyirəm.

Uşaqlarıma 1000 manata qədər aliment düşür. Alimenti versələr, onları dolandıraram. Mən hələ də uşaqlarımla bağlı mübarizə aparıram. Oğlumun gəlib qapıda qalmasının günahı məndə deyil”. 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 
 


 
Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

DİN-dən bayram günlərində Qarabağa səfər edənlərə MÜRACİƏT

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

"Putinlə hər şey yaxşı olacaq" - Tramp

Ən çətin xarakterə malik 3 BÜRC

Ən çətin xarakterə malik 3 BÜRC

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Amnistiyaya düşən Dəniz yenidən hakim QARŞISINDA

Bu günün geomaqnit PROQNOZU

Bu günün geomaqnit PROQNOZU

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Azərbaycanda içki və siqaret istehsalı azalıb – RƏSMİ

Yeni başçı müavinini işdən çıxardı

Yeni başçı müavinini işdən çıxardı

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

Zelenski geyim tərzini Trampla mübahisəsinə görə dəyişib?

"Windows 11"də YENİ FUNKSİYA

"Windows 11"də YENİ FUNKSİYA

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Sahil Babayev Şərqi Zəngəzur idarəsinə rəis təyin etdi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

Özünü şəhid xanımı kimi təqdim etdi - 22 min mənimsədi

Günəşdə güclü alışma olub

Günəşdə güclü alışma olub

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb

Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

BİZİM TƏQVİM:27 dekabrda baş verən tarixi hadisələr

AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını AÇIQLADI

AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını AÇIQLADI

Restoranlarda QR-kodlar təhlükəlidir?

Restoranlarda QR-kodlar təhlükəlidir?

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

End of content

No more pages to load

RADİO